Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə68/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Tələb və tələb qanunu


İnsanlar həmişə və müxtəlif cəmiyyətlərdə müəyyən tələblər, ehtiyaclar dairəsində yaşamışlar. İqtisadi kate­qo­ri­ya kimi tələb - bazar mexanizminin əsas ünsürlərindən biri olub, alıcının müəyyən dövr ərzində hər hansı bir əmtəədən, xidmətdən müəyyən qiymətə və miqdarda əldə etmək imkanıdır. Həmin tələblər fiziki (yemək, paltar, mən­zil), sosial (iş, təqaüd, pensiya), ictimai (vəzifə, möv­qe), mədəni (tamaşa, əyləncə, konsert), intellektual (təhsil, dünyagörüşü) istiqamətlərdə öz ifadəsini taparaq, ödənil­mə­sini irəli sürür.

Şübhəsiz ayrı-ayrı şəxslərin, ailələrin, kollek­tiv­lə­rin, nəhayət bütövlükdə cəmiyyətin tələbləri ilə tələbat­la­rı­nı fərqləndirmək lazımdır. Tələbat kateqoriyası daha ge­niş və əhatəli, həm də çoxcəhətli bir anlayışdır. İnsanların və cəmiyyətin tələbatları durmadan artdığından, həmin tələbatlar təbii olaraq sonsuzdur.

Tələbə gəldikdə isə о iqtisadi kateqoriya kimi real imkanlarla bağlı olub, pulla ifadə olunan və pulla da məhdudlaşan konkret tələbatdır. Əgər tələbatı dairə kimi təsəvvür etsək, onda tələb bu dairənin yalnız müəyyən bir hissəsini əhatə edəcəkdir. Tələbin arxasında pul, maddi imkan dayanmırsa, о xəyal və boş arzu olaraq qalacaqdır. Buna görə də, iqtisadi nəzəriyyədə ödəniş qabiliyyətli yaxud tədiyyə qabiliyyətli tələb anlayışından geniş istifadə olunur. Ödəniş qabiliyyətli tələb əmtəələrin alınmasına və xidmətlərin göstərilməsinə sərf olunmuş müəyyən pul məbləğidir. Faydalılıq, səmərəlilik, seçim, xərclər kimi cəhətləri özündə birləşdirən tələb - istehsalın canı və bazar iqtisadiyyatının qanunudur.

Tələb qanununa əsasən, başqa şərtlər dəyişməz qaldıqda, bazarda qiymətlərin aşağı düşməsi tələbi artırır. Əksinə, digər şərtlər (gəlirlər, məhsulun keyfıyyəti, alı­cı­la­rın zövqü, ailənin tərkibi və sair) dəyişməz qaldıqda, ba­zar­da qiymətlərin artması, uyğun surətdə tələbin aşağı düş­məsinə səbəb olacaqdır. Başqa sözlə, müxtəlif təyinatlı məh­sulların və göstərilən xidmətlərin qiymətləri ucuz­laş­dıqda, onlara olan tələbat çoxalır, satış həcmi artır. Əmtəə və xidmətlərin qiymətlərinin artması meyli, onlara olan tələbi nisbətən zəiflədəcək, satış həcmi aşağı düşəcəkdir. Deməli əmtəələrin – xidmətlərin qiymətləri ilə onlara ya-ranan tələb arasında tərs mütənasiblik (nisbət) vardır. Mə-sələn, bazarda müxtəlif məhsullara, konkret olaraq balıq məhsullarına olan tələblə qiymət arasındakı asılılığı aşağıdakı cədvəldən görmək olar:



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin