Balıq məhsullarının 1 kq-nın qiyməti (manatla, dollarla)
Alıcı tələbi həcmi (tonla)
0,5
15
1
12
2
9
3
6
4
3
5
0
C ədvəldən aydın olur ki, bazarda balıq məhsullarına formalaşan qiymətlərin təsiri altında alıcı tələbi və satış həcmi xeyli dəyişəcəkdir. Bu qanun öz təsirini taxıl, neft, avtomobil bazarında da göstərəcəkdir.
Qiymət amilindən asılı olaraq, tələbin necə dəyişdiyini qrafık şəkildə aşağıdakı sxemdən görmək mümkündür. Bu qrafıkdən aydın olur ki, qiymətdən asılı olaraq tələb xətti, yaxud əyrisi tərs mütənasiblik əsasında dəyişəcəkdir. 7.3.Təklif və təklif qanunu Təklif dedikdə, müəyyən bir vaxt ərzində bazarda olan, yaxud bazara çıxarıla bilən hazır əmtəələrin –xid-mətlərin həm miqdar (kəmiyyət), həm də pul (dəyər) ifa-dəsində həcmi nəzərdə tutulur. Təklif bazarın maddi əsası olub, istehlakçıların (alıcıların) müxtəlif təyinatlı maddi və mənəvi tələbatlarının ödənilməsinin mənbəyidir. Təklif eyni zamanda istehsala, onun maddi-texniki bazasının ye-nidən qurulmasına, məhsul buraxılışı həcminin genişlən-məsinə, alıcıların zövqünün formalaşmasına güclü təsir göstərir.
Təklif qanunu, iqtisadi resursların istehlakçılarının müəyyən bir vaxt ərzində, müəyyən qiymətə bazara müəyyən məhsulları çıxarmaq arzusu və imkanıdır. Deməli, təklif qanunu müəyyən bir dövr ərzində, əmtəələrin-xidmətlərin miqdarı (həcmi) ilə onların qiymətləri arasında düz mütənasiblik (nisbət) olduğunu göstərir. Nümunə kimi dünya taxıl, ərzaq, yanacaq bazarında formalaşan qiymətlərin onun təklifinə (satışına) necə təsir etdiyini aşağıdakı cədvəldən görmək olar.