Cədvəldən aydın olur ki, bazarda taxıl məhsullarına olan qiymət yüksəldikcə, istehlakçılar bazara daha çox məhsul çıxarmaqda maraqlı olacaqlar.
Əmtəə-xidmətlərin qiymətləri ilə onların təklifı arasında olan düz mütənasibliyi (asılılığı) qrafık şəkildə aşağıdakı kimi göstərmək olar:
Bu qrafıkdən aydın olur ki, bazarda taxıl məhsullarının, eyni zamanda digər əmtəə-xidmətlərin qiymətlərinin artması meyli, istehlakçıların maraqlarına cavab verdiyindən, onları həvəsləndirərək, öz fəaliyyətlərini daha da genişləndirməyə real şərait yaradacaqdır.
B azarda tələb və təklifin formalaşmasına 2 qrup amil təsir göstərir. Bunlardan birincisiqiymət, ikincisiisə qeyri-qiymət, yəni bilavasitə qiymətlə bağlı olmayan amillərdir. Qiymət amili həm tələbə, həm də təklifə əsas təsir göstərir. Lakin tələb və təklifə başqa amillər də müəyyən dərəcədə təsir edirlər. Məsələn, tələbə əhalinin gəlir səviyyəsi; bazarda əvəzedici məhsulların (müxtəlif meyvələrin, paltaryuyucu tozların, bitki və heyvan yağlarının) olması; qiymətlərin enib-qalx-ması ehtimalı; mövsüm xarakterli dəyişikliklər; əhalinin zövq və istəyi; ailə tərkibi; reklam təbliğatı təsir göstərə bilir.
Təklif də qiymət amili ilə yanaşı, istehsalın müxtəlif sahələrində texnika və texnologiyanın təkmilləşdirilməsi; bazara yeni əvəzedici məhsulların çıxarılması; rəqabət mübarizəsinin kəskinləşməsi; bazarda məhsulun bolluğu yaxud qıtlığı; inhisarçılıq meylləri də bəzən müsbət, bəzən də mənfı təsir göstərir.