Zəif elastiklikо deməkdir ki, qiymətin artmasına baxmayaraq, əmtəə və xidmətlərin satış həcmi az dəyişir. Buna çörək, şəkər, duz kimi gündəlik tələbat mallarını göstərmək olar. Eyni zamanda ağır yük maşınlarının, geniş ekranlı televizorların, çox bahalı mebel dəstlərinin qiymətinin müəyyən qədər aşağı salınması, şübhəsiz onların satış həcminə əhəmiyyətli təsir göstərməyəcəkdir.