Kəskin elastiklikdedikdə, müəyyən növ məhsul-ların qiymətlərinin sürətlə artması nəticəsində, onlara olan tələb əhəmiyyətli dərəcədə azalır. Bu ilk növbədə ölkəyə xaricdən idxal olunan və bəzən də yerli məhsullara aid edilə bilər. Zəif, orta (aralıq) və kəskin (şiddətli) elastiklik hallarını qrafık-sxem halında belə göstərmək olar:
Qiymətlər
(manat, dollar, avro)
1 – zəif elastiklik
2 – orta elastiklik
3 – kəskin elastiklik
Təklif (əmtəə və xidmətlər) Deməli, elastiklik, əsasən bazarda tələblə-təklifin qiymətlə bağlı kəmiyyətinin nisbi dəyişkənliyi nəticəsində baş versə də, lakin eyni zamanda konkret istehlakçının (alıcının) şəxsi davranışını müəyyənləşdirən bir sıra sosial-iqtisadi, milli-psixoloji və mənəvi-əxlaqi cəhətləri özündə əks etdirir.