Mühazirə mətnləri Bakı ­- 2015


İstifadə olunmamış resurslar və bunun iqtisadi artıma təsiri



Yüklə 0,93 Mb.
səhifə52/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

4.5. İstifadə olunmamış resurslar və bunun iqtisadi artıma təsiri
Müxtəlif ölkələrin təsərrüfat həyatı təcrübəsi göstərir ki, ictimai-siyasi quruluşundan və ideoloji-dini baxış­la­rın­dan asılı olmayaraq, hər hansı bir cəmiyyət malik olduğu iqtisadi resurslarından səmərəli istifadə etməyi bacarsa, iqtisadi-sosial inkişaf istiqamətində daha uğurlu nəticələr qazana bilər. Bu mənada müxtəlif ictimai-siyasi quruluş­la­ra mənsub olub və bazar münasibətləri iqtisadi sisteminin müxtəlif modelləri üzərində qurulmuş ABŞ, Norveç, İsveç, Yaponiya, Çin, Hindistan, Türkiyə, habelə başqa öl-kələrin inkişaf yolu belə bir müdrik Şərq fikrinin hə-yatiliyini təsdiq edir ki, "pişiyin dərisinin rənginin qara, yaxud sarı olması vacib deyildir, təki о siçan tuta bilsin".

Təsadüfi deyildir ki, vaxtilə F.Engels xatırlatmışdı: "Hakimiyyətin fəaliyyətinin iqtisadi inkişafının təsirinin 3 istiqaməti mümkündür. Birinci halda hakimiyyət iqtisadi inkişafla eyni istiqamətdə fəaliyyət göstərə bilər - onda iş sürətlənər; ikinci halda hakimiyyət iqtisadi inkişafa əks-təsir edə bilər - onda həmin hakimiyyət müəyyən vaxt keçdikdən sonra dağılmış olur; üçüncü halda dövlət hakimiyyəti iqtisadi inkişafa müəyyən istiqamətlərdə ma-neçilik göstərib, onu başqa istiqamətlərdə irəlilədə bilər".

Ona görə də, müasir mərhələdə iqtisadiyyatın sərbəst bazar prinsipləri əsasında, daxili-xarici bazarın tələblərinə uyğun tarazlı surətdə irəliləyişi üçün aşağıdakı şərtlərə əməl olunmalıdır: əvvələn, istehsalın inkişafına yönəldilən iqtisadi resursların həcmi tədricən artırılmalıdır; şonra, resursların təkcə kəmiyyəti deyil, eyni zamanda kefiyyəti də yüksək olub, müəyyən standartlara cavab verməlidir; daha sonra, texniki tərəqqinin nailiyyətləri və mütərəqqi texnologiyanın üstünlükləri istehsal-xidmət sahələrində tətbiq olunmalıdır; nəhayət, indiki iqtisadi inteqrasiya və qloballaşma şəraitində ölkənin istehsal-xidmət sahələrinin beynəlxalq əmək bölgüsü, ixtisaslaşma meyllərinə uyğun­laşması əsasında, xarici ticarət dövriyyəsinin, xüsusilə ix­rac məhsullarının artımı təmin olunmalıdır.

Qeyd etmək zəruridir ki, ayrı-ayrı ölkələrin iqtisa­di-sosial inkişafı gedişində elə hallar, obyektiv-subyektiv xarakterli müxtəlif səbəblər meydana çıxa bilir ki, bu amillər ümumi yüksəliş, artım templəri üçün müəyyən çə­tin­­liklər yaradır. Həmin mənfı cəhətlər sırasında aşağı­da­kıları göstərmək olar:

a) hökumətin ölkənin real imkanlarını, daxili-xarici bazarın tələbini, əhalinin ehtiyaclarını, habelə həyat səviy­yəsi göstəricilərini düzgün nəzərə alıb qiymətlən­dir­məyən iqtisadi-sosial siyasət xətti;

b) müharibə, təbii fəlakətlər, inqilabi hadisələr və sosial sarsıntıların baş verməsi;

c) iqtisadi böhran, işsizlik və inflyasiya prosesləri;

d) əhalinin məşğulluğu və işlə təmin olunmasında on­ların Konstitusiya hüquqlarının, insan haqqlarının pozu­la­raq, insanların yaş, cins, irq, siyasi-dini əqidə, milli mən­subiyyət, yerliçilik əlamətlərinə görə ayrı-seçkiliyinə (dis­kri­minasiyasına) yol verilməsi, yaxud bu tipli qeyri-sivil, antidemokratik üsullardan istifadə edilməsi.





Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin