Bazar münasibətləri iqtisadi sisteminin
subyektlərinin qarşılıqlı əlaqəsi
Sxemdən göründüyü kimi bazarın 4 qrup subyektinin qarşılıqlı təsir əlaqələri və bir-biriylə bağlılığı, bazar münasibətləri iqtisadi sisteminin axtaşırı rastlaşdığı ziddiyyət, çətinlik və problemlərə baxmayaraq, hələlik bütövlükdə onun fəaliyyətini təmin edə bilir.
Bazar təsərrüfatı sisteminin məqsəd və vəzifələri
Xüsusi mülkiyyət, rəqabət, sərbəst fəaliyyət, tələb-təklif, qiymət prinsipləri əsasında qurulub fəaliyyət göstərən bazar münasibətləri iqtisadi sisteminin mahiyyətindən irəli gələn əsas məqsədi - alıcıların ödəniş qabiliyyətli tələbatlarının fasiləsiz, azad, qarşılıqlı razılaşma, ekvivalent mübadilə və rəqabət əsasında təmin edilməsindən satıcıların (həm istehsalçıların, həm də ticarətçilərin öz xərclərini ödəməsi, ən başlıcası isə müəyyən gəlir (mənfəət)) əldə olunmasıdır.
Bazarda fəaliyyət göstərən və alqı-satqı münasibətlərinə girən hər bir şirkət, yaxud sahibkarın son məqsədi mənfəət əldə etməkdir. Şirkətlərin, iri birliklərin, transmilli korporasiyaların son məqsədi satışdan əldə olunan məbləğdən (puldan) ümumi xərcləri çıxdıqdan sonra qalan hissənin (mənfəətin) kəmiyyəti, istehsalın səmərəliliyini göstərir. Bəzən mənfəəti bazar münasibətləri iqtisadi sisteminin “hərəkətverici” kimi səciyyələndirirlər.
İqtisadi nəzəriyyədə mühasibat mənfəəti, iqtisadi (xalis) mənfəət, normal mənfəət anlayışları vardır. Mənfəətin artmasına şirkətin miqyas və istehsal həcmi; elmi-texniki nailiyyətlərin və texnologiya rejimlərin tətbiqi səviyyəsi; kapital qoyuluşlarının həcmi; işçilərin peşə-ixtisas səviyyəsi və əməyin səmərəli təşkili; sahibkarlıq və idarəetmə qabiliyyətinin yüksəldilməsi; istehsal amillərindən və onların əvəzləyicilərindən səmərəli istifadə etməklə, qənaət rejiminin ardıcıllıqla həyata çevrilməsi; bazar qiy-mətlərinin və tələb-təklifin dəyişkənliyinin proqnozlaşdı-rılması; ekoloji cəhətdən təmiz (saf) və müasir tələblərə hərtərəfli cavab verən yüksək keyfiyyətli məhsul istehsalı-nın genişləndirilməsi kimi şərtlər öz təsirini göstərir.
Bazarın mahiyyəti və məqsədi, həm işə onun yerinə yetirdiyi konkret vəzifələrlə (funksiyalarla) bilavasitə, ya-xud dolayı yollarla bağlıdır. Həmin vəzifələr sırasında bazarın əlaqələndirici, həvəsləndirici, təmizləyici, qiymət-yaratma, nəzarətedici, məlumat-informasiya rolu mühüm əhəmiyyətə malikdir.
Deməli, bazar münasibətləri iqtisadi sisteminin mahiyyəti, məqsədi, ona çatmaq yolları, vəzifələri arasında sıx əlaqə vardır ki, bu da cəmiyyətdə əmtəə-xidmətlərin və pulun hərəkəti ilə tənzimlənir.
Dostları ilə paylaş: |