1.4. İqtisadi nəzəriyyənin (economicsin) 10 prinsipləri
Müasir iqtisadi inteqrasiya, qloballaşma meylləri və tədricən dünya təsərrüfat sisteminin formalaşdığı bir şəraitdə, cəmiyyətin iqtisadi resurslarının məhdudluğu, tələbatların isə sonsuzluğu reallığında, son iqtisadi-sosial səmərəliliyə nail olmaq üçün iqtisadi nəzəriyyənin (ekonomicsin) 10 prinsipinə əməl olunması ideyası irəli sürülür. Qruplaşdırılmış həmin prinsiplər aşağıdakılardır:
a) İnsanların qərarlarını necə qəbul edirlər:
İnsanlar seçimlərlə üzləşirlər.
Bir şeyin dəyəri, onu əldə etmək üçün imtina olunanlarla ölçülür.
Rasional insanlar marjinal faydalarını düşünürlər.
İnsanlar stimullara cavab verirlər.
b) İnsanlar arasındakı münasibətlər:
5. Ticarət hər kəs üçün faydalı ola bilər.
6. Bazarlar iqtisadi fəaliyyətin təşkili üçün yaxşı vasitədir.
7. Dövlətlər bazar fəaliyyətinin nəticələrini yaxşılaşdıra bilərlər.
c) Bütövlükdə iqtisadiyyat necə fəaliyyət göstərir:
8. Ölkə əhalisinin həyat səviyyəsi, hər nəfərə düşən əmtəə və xidmətlər istehsal etmək qabiliyyətindən asılıdır.
9. Dövlət həddən artıq pul çap edib dövriyyəyə buraxdıqda, ölkədə inflyasiya baş verir.
10. Cəmiyyətin inflyasiya ilə işsizlik arasındakı qısa müddətli seçimlə üzləşməsi prosesi müşahidə olunur.
Bu 10 prinsipin mahiyyətini qısa belə izah etmək olar:
Dostları ilə paylaş: |