Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə5/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Mikroiqtisadiyyat istehsal və xidmət dairəsi müəs­­­si­sələ­rinin, şirkətlərin, korporasiyaların, ev təsər­rüfat­la­rının öyrənilməsi, təhlili, təşkili və idarə edilməsi məsələ­ləri ilə məşğul olur.

“Mikro” sözü yunan dilindən götürülmüşdür və ki­çik, xırda, ilkin mənasında işlədilir. Ayrı-ayrı şirkət, müəs­­­sisə, təsərrüfat birlikləri nə qədər iri, hətta nəhəng olsalar da, lakin ölkənin milli iqtisadiyyatı çərçivəsində onlar böyük bir təsərrüfat kompleksinin kiçik hissələri, sanki canlı or­qanizmin “hüceyrələri” səviyyəsində fəaliy­­yət göstərir­lər.

Mikroiqtisadiyyat, istehsal-xidmət dairəsinin müx­tə­lif təyinatlı təsərrüfat subyektlərinin timsalında, onla­rın iqtisadi fəaliyyətinin öyrənilməsi, hərtərəfli təhlili, işin təş­kilinin yaxşılaşdırılması və səmərəliliyinin yük­səl­dil­məsi yollarının araşdırılması ilə məşğul olur.

İqtisadi fəaliyyətin başlanğıc nöqtəsi və özəyi sayı­lan ev təsərrüfatları, şirkətlər, müəssisələr, korporasiya­larda istehsalın səmərəli aparılması haqqında qərarlar qəbul olunması, nisbətən az xərclə yüksək keyfiyyətli məhsullar hazırlanması, xidmətlər göstərilməsi əsasında daha çox mən­fəət əldə edilməsi, mikroiqtisadiyyatın mahiyyətini təşkil edir. Ona görə də mikroiqtisadi təhlildə tələb-təklif, istehsal xərcləri, qiymət, mənfəət, əmək haqqı, alıcı dav­­ra­nı­şı, bazar rəqabəti və onun müxtəlif formaları, ümu­mi tarazlıq, habelə iqtisadi sistemin konkret subyekt­lə­­ri­­nin - obyektlərinin fəaliy­yəti ilə bağlı məsələlərə daha dərin­dən diqqət yetirilir.

Mikroiqtisadiyyat ilk növbədə bazar münasibətləri iq­tisadi sistemi şəraitində, orada fəaliyyət göstərən təsər­rü­­fat subyektləri arasında istehsal, bölgü, mübadilə və is­teh­­lak münasibətlərini öyrənir. Eyni zamanda mikroiq­ti­sa­diy­yat dövlət və hakimiyyət orqanları ilə istehsalçılar, sahib­karlar, işgüzar-biznes fəaliyyətilə məşğul olanlar, ha­be­lə insanlar arasında istehsal prose­sində formalaşan və həyata keçirilən istehsal münasibət­lə­rini öyrənir. Bununla yanaşı iqtisadi proseslərə və münasibətlərə yanaşmada, mikroiqtisadi təhlil, iqtisadi resursların məhdudluğu, ha­be­lə onlardan daha səmə­rəli istifadə olunması problem-lərinə üstünlük verir.

Bu mənada mikroiqtisadiyyat, mülkiyyət hüququ (is­ti­fadəçisi) əsasında sahibkarlarla (prinsipial) işçilər (agent) arasındakı; rəqabət mübarizəsi əsasında sahib­karlıq fəaliy­yə­ti ilə məşğul olanların özləri arasındakı; tələblə-təklifin dəyişkən nisbəti əsasında formalaşan bazar qiymətlərinə uyğun alıcılarla satıcılar arasındakı münasi­bətləri tədqiq edib müəyyən ümumiləşdirmələr aparır; real vəziyyətin tək­milləşdirilməsi istiqamətində praktik məslə­hət­lər, əməli tövsiyələr verir.

Mikroiqtisadiyyatın ayrı-ayrı problemləri vaxtilə A.Smit, D.Rikardo, J.Sey, C.Mill kimi klassik iqtisadi nə­zə­riyyə məktəbinin görkəmli nümayəndələrinin əsər­lə­­rin­də irəli sürülsə də, lakin onun müasir iqtisadi nəzəriyyənin tərkib hissəsi və mühüm bir bölməsi kimi formalaşması prosesi, şübhəsiz XIX əsrin ikinci yarı­sından başlayaraq, bu sahədə öz tədqiqatları ilə seçilən T.Hossenin, K.Men­ge­rin, A.Marşallin, L.Valra­sın, V.Paretonun adları ilə bağ­lı­dır.

İqtisadi nəzəriyyənin müşahidə, müqayisəlik, ümu­mi­­ləş­dirmə, pozitiv, normativ, qrafik təsvirlər, sxem­lər, cəd­vəllər kimi metod və yanaşma üsullarından mikroiqti­sa­diyyatın müxtəlif problemlərinin, konkret mə­sə­lələrinin izahı, habelə tədqiqində geniş istifadə olunur. Pozitiv ana­liz mikroiqtisadi proseslərin real təsvirini və onların ümu­mi­ləşdirilməsini öyrəndiyi halda, normativ analiz iq­ti­sadi proseslərin, hadisələrin necə inkişaf etməli olması sualına cavab verir. Maraqlıdır ki, cəmiyyətin iq­ti­sadi hə­ya­tında və müxtəlif təyinatlı şirkətlərin təsərrüfat fəaliy­yə­tində baş verən proseslərin pozitiv mövqedən təh­lili o qədər də ciddi mübahisələr doğurmasa da, lakin bu proseslərin necə da­vam etməli olacağı haqqındakı fikirlər həmişə bir-birindən xeyli fərqlənmişdir.

Məsələn, ölkədə enerji daşıyıcılarının yaxud taxıl məmulatlarının qiymətlərinin artırılması zərurəti meydana çıxdıqda, bu iqtisadi siyasət xətti tədbirinin yaradacağı müsbət və mənfi cəhətlər hərtərəfli düşünülməlidir. Çünki qiymətlər və vergi dərəcələrindəki enib-qalxmalar həmişə mikroiqtisadiyyatın obyektlərinin, subyektlərinin təsərrü­fat fəaliyyətinə öz təsirini bilavasitə, yaxud dolayı yollarla göstərmiş olur. Təsadüfi deyildir ki, bəzən mikroiqtisa­diy­­­yatı şirkətlər və qiymətlər nəzəriyyəsi kimi səciy­yə­lən­­dirir­lər. Milli iqtisadiyyatın hər hansı bir sahəsində baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, bu proseslərin qiy­mət­­lər vasitəsilə tələb-təklifdəki enib-qalxmaları, tez-gec öz təsirini iqtisadi sistemin başqa sahələrində də göstərə­cək­­dir. Ona görə də iqtisadi siyasət xəttinin, məsə­lən, ener­ji daşıyıcılarının və taxıl məmulatlarının qiymət­lərinin artırılması, həmin məhsulların ölkəyə idxalı­na qoyulmuş gömrük vergiləri dərəcələrinin azaldıl­ması tədbirləri ilə əlaqəli aparılmalıdır. Belə bir iqtisadi siyasət xətti isə cə­miy­yət miqyasında iqtisadi səmərəliliklə sosial ədalətli­li­yin düzgün nisbətinin müəyyən­ləş­diril­məsinin optimal variantı kimi qiymətlən­dirilə bilər.

Bu mənada məşhur ingilis iqtisadçısı Ç.K.Keynsin belə bir fikri olduqca aktual səslənir ki, iqtisadi nəzəriyyə və onun tərkib hissəsi sayılan mikroiqtisadi təhlil insanla­rın iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsəd­yön­lü təsərrüfat fəaliyyətlərinə, habelə konkret iqtisadi qə­rar­lar qəbul etmələri ilə davranışlarına, şübhəsiz fəal təsir göstərir.

Lakin unutmaq olmaz ki, iqtisadi nəzəriyyənin istər mikro, istərsə də makro bölmələri istehsalın, xidmət dairə­si­nin, tələb-təklifin cari məsələlərinin həlli üçün hazır tövsiyələr vermir. İqtisadi nəzəriyyə bu proseslərin ümumi inkişafının və səmərəliliyinin nəzəri əsaslarını işləyib ha­zır­layır. Deməli, “iqtisadi nəzəriyyə bilavasitə təsərrüfat siyasətində tətbiq olunmaq üçün hazır tövsiyələr toplusu deyil, metodoloji bir elmdir, intellektual alətdir, təfəkkü­rün texnikasıdır”. Yalnız bu elmə mükəmməl yiyələnənlər, mürəkkəb iqtisadi-sosial problemlərə düzgün yanaşıb, on­ları həll edə bilərlər.

Mikroiqtisadiyyat, cəmiyyətin təsərrüfat həyatının və insan fəaliyyətinin əməklə bağlı ilk tətbiq, habelə çıxış nöq­təsi sayılan ev təsərrüfatlarını, şirkətləri, müəssisələri kor­porasiyaları hərtərəfli öyrənib təhlil edərkən, əsasən aşağıdakı vəzifələri yerinə yetirir.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin