Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə8/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Yeddincisi, ümumi tarazlıq modelinin müasir inhi­sar­çı rəqabət, alıcı psixologiyası və davranışı, beynəlxalq iqtisadi-ticarət əlaqələri, iqtisadi inteqrasiya, habelə qlo­bal­laşma proseslərinin tədricən gücləndiyi bir şəraitdə, dəyişkən meyllərinin təhlili ilə məşğul olur.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən vəzifə­lə­rin həyata keçirilməsi gedişində bir sıra problemlərin mey­dana çıxması, mikroiqtisadi nəzəriyyənin hüdudlarını müəy­­­yən qədər məhdudlaşdırır. Həmin məhdudiyyətlər sı­ra­sında: məlumat-informasiya bazasının fərqliliyini (asim­metrik in­formasiya), dövlətin iqtisadi siyasətinin nə dərə­cə­də sə­mə­rəli olmasını, obyektiv-subyektiv səbəblərlə bağ­­lı in­san­ların əvvəlki iqtisadi qərarlarını dəyişməsini, habelə öz alıcı davranışlarında ziddiyyətlərə yol ver­mə­lə­rini göstər­mək olar.

Makroiqtisadiyyat isə ölkənin milli iqtisadiyyatını bütövlükdə təhlil etmək və bunun əsasında ümumiləşdirici iqtisadi göstəricilərin müəyyənləşdirilməsidir. Makroiqti­sa­di səviyyədə ölkənin ümumi daxili məhsulunun (ÜDM) həcmi, onun artım tempi, məcmu tələb və məc-mu tək­lif, yığım və investisiya, məşğulluq və işsizlik, inflyasiya və pul-kredit siyasəti, iqtisadiyyatın dövlət tənzim­lən­məsi və xarici iqtisadi ticarət münasibətləri, əhalinin həyat səviy­yə­si və sosial müdafiəsi, müasir in-teqrasiya və qloballaş­manın yaratdığı problemlər öyrə-nilir.

İqtisadi nəzəriyyənin mikroiqtisadiyyat və makro­iq­ti­sadiyyat bölmələri arasında sədd çəkmək düzgün de­yil­dir. Vahid iqtisadi nəzəriyyənin tərkib hissələri sayılan bu bölmələrin arasında daxili bir rabitə, qarşılıqlı məntiqi ası­lılıq və dialektik səbəb-nəticə əlaqəsi vardır. Obrazlı ifadə etsək, mikroiqtisadiyyat dəniz sahilindəki qum dənələrini və çınqılları, meşədəki ağac və bitkiləri, şəhərdəki küçə və evləri öyrəndiyi halda, makroiqtisadiyyat bütövlükdə də­niz sahilini, meşəni, şəhəri tədqiq edir.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin