Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə16/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Yeddinci prinsip, müəyyən hallarda dövlətlərin ba­zar fəaliyyətinin nəticələrini yaxşılaşdıra biləcəyini nəzər­də tutur. Sərbəst bazar münasibətlərinin inkişafı üçün əl­ve­rişli imkanlar yaradan “gözəgörünməz əl” prinsipinin fəaliyyəti şəraitində də dövlətə müəyyən ehtiyac olduğunu irəli sürənlər vardır. Onların fikrincə, bazarda alıcıların və satıcıların təhlükəsizliyini qorumaq, sahibkarların və fer­mer­lərin rahatlığı naminə dövlət orqanlarının, polisin, məh­kəmələrin olması zəruridir. Eyni zamanda dövlət or­qan­larının iqtisadiyyata müdaxilə etməsi, cəmiyyətin tə­sər­rüfat həyatında səmərəliliyin, ictimai-siyasi həyatında isə sosial ədalətin təmin olunması ilə bağlıdır. Dünya öl­kə­lərinin təcrübəsi göstərir ki, dövlətin simasında bazarın və iqtisadiyyatın fəaliyyətinə kənar müdaxilə olmadan, bazar gücü öz təsirini qiymətlərin artmasında, inhisarçılıq meyllərində, elm və incəsənət sahələrinə biganəlikdə, ətraf mühitin çirkləndirilməsi, ekologiya problemlərində hök­mən göstərəcəkdir. Ona görə də dövlətin həyata keçirdiyi gəlir vergisi, gömrük rüsumları, əhalinin sosial müdafiə tədbirləri, iqtisadi resursların və maddi-mənəvi nemətlərin daha ədalətli bölüşdürülməsinə yönəldilmə­li­dir. Əlbəttə, ayrı-ayrı müəlliflərin haqlı olaraq qeyd et­dik­ləri kimi dövlətin bu sahədəki fəaliyyəti, heç də həmişə gözlənilən nəticələri vermir. Çünki “dövlət siyasətini həyata keçi­rən­lər mələklər deyildir, əslində mükəmməl olmayan siyasi prosesin iştirakçılarıdırlar”. Belə vəziyyətdə isə obyektiv-­subyektiv xarakterli nöqsanlara, “güclü olanların mükafat­lan­dırıl­masına”, tam məlumata malik olmayan liderlə­rin iradi “xoş niyyətləri­nə” rast gəlinir ki, yalnız bunların qə­tiy­yətlə aradan qaldırılması, cəmiyyətin gələcək demokra­tik inkişafına, daha yüksək templərlə irəliləməsinə təminat verir.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin