Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə24/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Merkantilizm iqtisadi məktəbin Q.Skaruffi (İtaliya), T.Man (İngiltərə), A.Monkretyen (Fransa), V.Staffor (İn­gi­ltərə), A.Serra (İtaliya) kimi müxtəlif ölkələrin nüma­yən­­dələri, ticarətin rolunun artdığı ilkin kapital yığımı dövrünün iqtisadi-nəzəri baxışlarının təkamülündə mühüm rol oynamışlar. Müxtəlif ölkələrdə yaşayıb fəaliyyət gös­tər­­diklərindən, konkret şəraitlə bağlı onların mövqe və fi­kir­lərində, şübhəsiz müəyyən fərqlər olmuşdur. Lakin mer­­kantilistlərin bir sıra mühüm məsələlərdə birliyi, onları bu məktəbin nümayəndələri kimi səciyyələndirir.

Merkantilizm anlayışı, pul və ticarət, yaxud alverçi mənasını verir. Merkantilistlər tacirlər təbəqəsinin mənafe və maraqlarının müdafiəçisi kimi çıxış edərək, sərvətin mənbəyini ticarətdə görmüş, eyni zamanda sərvətlə pulu eyniləşdirmişdilər. Onların fikrincə, “sərvət puldur, pul isə qızıl və gümüşdür”. Pulu, qızılı ölkədə qoruyub sazlamaq, ixracı artırmaq, idxalı isə məhdudlaşdırmaq yolu ilə “aktiv ticarət balansı” ideyasını irəli sürən merkantilistlər, milli iqtisadiyyatın, habelə daxili bazarın dövlət himayəsinə eh­ti­yacı olduğunu göstərirdilər.

Maraqlıdır ki, iqtisad elminə və nəzəriyyəsinə “siyasi iqtisad” anlayışı (məfhumu) fransalı merkantilist Antuan Monkretyen tərəfindən gətirilmişdir. O qədim yunan söz­lə­ri olan “siyasət” və “iqtisadiyyat” anlayışlarını birləş­di­rə­rək, milli iqtisadiyyatın dirçəlişinə çağırış xarakterli əsə­ri­ni “Siyasi iqtisad traktatı” (1615) adlandırmışdı. “Pul hə­ya­tın və müharibələrin nəbzidir”, yaxud “qızıl olduqca güc­lü dəmirdir” kimi fikirlərin müəllifi, eyni zamanda yazırdı ki, dövləti varlı edən qızıl və gümüş deyil, yaşayış üçün zəruri sayılan əşyaların (ərzaq, paltar) olmasıdır. Onun “insanların xoşbəxtliyi sərvətdə, sərvət isə əmək­də­dir” fikri, həmişə aktual olmaqla yanaşı, şübhəsiz mer­ka­n­ti­list düşüncə tərzindən uzaqdır.

Ümumiyyətlə merkantilistlər ölkə iqtisadiyyatını (tə­sər­rüfat həyatını) vahid sistem halında deyil, onun yalnız bir sahəsini - əmtəə tədavülü, mübadilə, alqı-satqı dairə­si­ni tədqiq və təhlil etməklə, yaşadıqları dövrün konkret tələb, habelə sosial sifarişinə cavab axtarmaqla məhdud­laş­mışlar.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin