Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə25/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Fiziokratlar iqtisadi məktəbinin adı, fransızca “fi­zis” (təbiət) və “kratos” (hakimiyyət) sözlərinin birləşmə­sin­dən əmələ gəlib, “təbiətin, yaxud torpağın hökmranlığı, ağalığı” mənasını verir. Fransada yaranmış və əsasən ora­da inkişaf edərək başqa ölkələrdə də yayılmış fiziokratlar ideyaların banisi Fransua Kene (1694-1781), görkəmli nü­mayəndələri isə J.Türqo, V.Mirabo, Q.Letron olmuşlar.

Bu məktəbin nümayəndələri merkatilistlərdən fərqli olaraq, təkcə tədavül dairəsini və ticarəti öyrənməklə məh­dud­laşmamış, bilavasitə təbiətlə sıx bağlı olan kənd təsər­rü­fatı istehsalını, oradakı iqtisadi münasibətləri öyrənməyi qarşılarına məqsəd qoymuşlar. Onların əsas xidməti öz iq­tisadi tədqiqatlarını tədavül dairəsindən istehsala, kon­kret olaraq kənd təsərrüfatına, aqrar bölməyə yönəltmə­lə­ridir.

F.Kenenin “Taxıl”, “Fermer”, “İqtisadi cədvəl”, J.Tür­­­qonun “Sərvətin yaranması və bölgüsü haqqında dü­şün­cələr” əsərlərində əsas diqqət sərvətin yaranması pro­se­si, onun mənbələri və bölgüsü məsələlərinin təhlilinə yö­nəl­dil­mişdir. Onlar sərvətin başlıca mənbəyini təbiətin və tor­pa­ğın birgə iştirak etdiyi kənd təsərrüfatında görmüş, bu sahədə çalışanların əməyini “ən məhsuldar əmək”, əkin­çiliklə məşğul olanları isə “məhsuldar təbəqə” kimi qiy­mətləndirmişlər. Fiziokratların fikrincə, əkinçilikdən kənar istehsal sahələrində xammal kimi, o cümlədən də səna­ye­də, sənətkarlıqda istifadə olunan məhsulların da ilk mən­bə­yi elə təbiət və torpaqdır. Belə bir mövqedən çıxa­raq, onlar əsaslandırmağa çalışmışlar ki, təsərrüfatın digər sa­hə­lərində təbiətin verdiyi məhsulların yalnız for­ması də­yiş­dirildiyindən, yeni bir məhsul yaradıla bil­məz. Ona gö­rə də hakimiyyətin bütün diqqəti və qayğısı tor­pağa, əkin­çiliyə, orada çalışan insanlara yönəldil­mə­li­dir.

Xüsusi qeyd etmək lazımdır ki, iqtisad elmi tarixində təkrar istehsal nəzəriyyəsinin təhlilinə dair fikirlər F.Kene­nin “İqtisadi cədvəl” (1758) əsərində verilmiş və orada ictimai məhsulun natural-dəyər tərkibi arasında müəyyən balans nisbətlərini araşdırmağa cəhd göstərilmişdir.

Fizokratlar məktəbinin sərvətin yeganə mənbəyinin əkinçilikdəki əməyi hesab etməsi ideyası, o dövrün kon­kret şəraitindən irəli gələn təbii elmi-nəzəri məhdudluq olduğundan, bu problemi klassik iqtisadi məktəbin nü­ma­yəndələri uğurla həll etdilər.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin