Mühazirə mətnləri Bakı ­- 2015


İqtisadi nəzəriyyənin başqa iqtisadi elmlərlə əlaqəsi



Yüklə 0,93 Mb.
səhifə20/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

İqtisadi nəzəriyyənin başqa iqtisadi elmlərlə əlaqəsi

İqtisadi nəzəriyyənin tarix, fəlsəfə, hüquq, sosio­logiya, politologiya, psixologiya, estetika, riyaziyyat elm­lə­ri ilə də bilavasitə, yaxud dolayı yollarla əlaqələrinin müxtəlif aspektləri vardır. Bu qarşılıqlı təsir və zəngin­ləş­mə əlaqələrinə toxunan C.M.Keyns yazmışdır ki, “iqtisa­diy­yatın öyrənilməsi yüksək səviyyəli xüsusi qabiliyyətin olmasını tələb etməsə də, lakin çox az adam bu sahədəki əla biliyi ilə fərqlənə bilər. Buna səbəb, iqtisadçıda bir neçə qabiliyyətin nadir surətdə birləşməsi zəruriliyidir. İqti­sadçı müəyyən qədər riyaziyyatçı, tarixçi, filosof və döv­lət adamı olmalıdır. O, simvolları başa düşməli və öz fikir­lərini sözlə ifadə etməyi bacarmalıdır. İqtisadçı detal­la­ra ümumi cəhətdən yanaşmalı və eyni bir məsələyə həm abstrakt, həm də konkret tərəfdən toxunmalıdır. O, buğunu keçmişin işığında gələcək məqsədlər üçün öyrənməli, nə­zə­rindən heç nəyi qaçırmamalıdır. İqtisadçı məqsəd­yönlü olmalıdır və kimlərinsə əhval-ruhiyyəsinə uyğun olaraq dəyişməməlidir. O, əsl sənətkar kimi yüksəkdə dayanmalı, təmiz olmalıdır. İqtisadçı cəmiyyətin problemlərini həll et­dik­də alim kimi hərəkət etməli, həmin məsələlərin həyata keçirilməsində isə siyasətçi olmalıdır”.

Qeyd etmək zəruridir ki, dövlətin həyata keçirdiyi iqtisadi siyasət xətti iqtisadi nəzəriyyənin obyektiv elmi araşdırmalar nəticəsində gəldiyi nəticələrə əsaslanmalıdır. Eyni zamanda unudulmamalıdır ki, iqtisadi nəzəriyyə bü­tün problemlərin hazır həllini vermir və real iqtisadi və­ziy­yə­ti dərk etmək üçün yalnız bir vasitədir. Ona görə də müx­­təlif peşə və sənət adamlarının bu elmin əsaslarına yi­yə­lənməsi, rastlaşdıqları çətin həyat məsələlərinin həllində düzgün seçim etməyə kömək göstərəcəkdir.

Qarşılıqlı əlaqə və təsir meyllərinə baxmayaraq, şüb­həsiz iqtisadi nəzəriyyə (elmi yanaşma və təhlil vasitəsi) ilə iqtisadi siyasəti (dövlətin tədbirlər sistemi və əməli fəaliyyətini), şübhəsiz bir-birindən fərqləndirmək lazım­dır. İqtisadi siyasət, cəmiyyətin iqtisadi resurslarının isteh­salı, bölgüsü, mübadiləsi və istehlakı dairəsində dövlətin məqsədyönlü tədbirlər sistemi olduğundan, bu siyasət cə­miy­yətin bütün sosial qruplarının mənafelərinin nəzərə alınmasına yönəldilmişdir. Tarixi təcrübə təsdiq etmişdir ki, dövlətin həyata keçirdiyi düşünülmüş və tarazlı iqtisadi siyasət xətti, ictimai-iqtisadi sistemin yeniləşib kamilləş­mə­sinə xidmət etdiyi kimi, həm də yol verilmiş nöqsan və əyintilər nəticəsində onun dağılmasına gətirib çıxara bilər.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin