Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə18/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Doqquzuncu prinsip izah edir ki, dövlət həddən ar­tıq pul çap edib dövriyyəyə buraxdıqda ölkədə qiymətlər qalxır və inflyasiya baş verir. Ölkədə qiymətlərin ümumi səviyyəsinin artımı ilə bağlı olan inflyasiya hadisəsi kağız pulların öz qızıl tərkibindən ayrılması, bank-kredit şəbəkə­si­nin çoxşaxəli fəaliyyəti, ölkələr arasındakı iqtisadi-­ti­ca­rət əlaqələrinin durmadan genişlənməsi, beynəlxalq turiz­min sürətlə inkişafı və dövlətlərin iqtisadi-sosial siyasət xəttindəki obyektiv-subyektiv əyintilərlə bağlıdır. Ötən əs­rin əvvəllərindən başlayaraq dünyanın Almaniya, Mek­si­ka, Fransa, ABŞ, Italiya, Cənubi Amerika ölkələri vaxt­aşırı olaraq bu problemlərlə rastlaşmışlar. Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra onun ərazisində formalaş­mış müs­təqil dövlətlərdə, o cümlədən Azərbaycan Res­pub­li­ka­sın­da da inflyasiya, habelə onun tənzimlənməsi məsə­ləsi aktual bir əhəmiyyət kəsb edir.

Mütəxəssislərin və iqtisadçıların fikrincə, ölkə iqtisa­diy­yatında illik inflyasiya səviyyəsinin 3-5% hüdudlarında olması mümkün, hətta təsərrüfat həyatının canlanmasına bir təkan amili kimi lazımdır. Bəzi hallarda ölkənin iqtisa­di-­sosial inkişaf xüsusiyyətləri və həll etdiyi problemlərin xarakterindən asılı olaraq, inflyasiyanın təkrəqəmli (8-9%) səviyyədə saxlanmasına haqq qazandırılır. Lakin tədri­cən bu səviyyənin artması iqtisadiyyatın strukturunda, onun sahələrdaxili və sahələrarası nisbətlərində, xarici ti­ca­rətin quruluşunda, dövlət büdcəsinin formalaşmasında, tə­diyyə balansında, nəhayət ölkənin iqtisadi siyasətinin stra­tegi­ya­sı, habelə taktikasındakı müəyyən nöqsanlar, düz­gün nə­zə­rə alınmamış cəhətlərlə əlaqədardır. Ona görə də müasir mərhələdə dünyanın müxtəlif ölkələrinin iqtisadi siyasə­tin­də, inflyasiya prosesinin tənzimlənməsi tədbirlə­ri­nə ciddi diqqət yetirilir.



Onuncu prinsip cəmiyyət həyatında inflyasiya ilə iş­siz­lik (əhalinin məşğulluq səviyyəsi) arasındakı qısa müd­­dətli və uzunmüddətli dövrdə (perspektivdə) olan se­çim əla­qəsini özündə əks etdirir. İnflyasiya ilə işsizlik səviy­yə­si arasındakı qarşılıqlı əlaqəni 1958-ci ildə iqti­sad­çı Artur Fillips tədqiq edərək, Fillips əyrisi adlanan qrafik sxemdə əks etdirmişdir. Həmin sxemə görə inflyasiya art­dıq­da, işsizlik azalmağa doğru meyl edir və əksinə, inflya­si­ya azaldıqda isə cəmiyyətdə iş qüvvəsinə olan tələb aşa­ğı düşdüyündən, əhalinin məşğulluq səviyyəsi azalır, işsiz­lə­rin sayı çoxalır. Bu mənada inflyasiya və işsizlik təsərrü­fat həyatının əks prosesləri kimi fəaliyyət göstərir.

Lakin ötən əsrin 70-ci illərindən başlayaraq dünya ölkələrində və xüsusilə keçid mərhələsində olan dövlətlər­də baş verən proseslər göstərdi ki, inflyasiya ilə işsizlik arasındakı qarşılıqlı təsir əlaqəsi nisbətən “qısamüddətli” dövr üçün düzgün sayılsa da, lakin “uzunmüddətli” dövr üçün özünü doğrultmur. Müxtəlif ölkələrin təsərrüfat hə­ya­tında staqflyasiya dövrü həm inflyasiya, həm də işsizlik hadisələrinin eyni bir vaxtda baş verməsi ilə səciyyələnir. Deməli, Fillips əyrisi qısa müddətdə inflyasiya ilə işsizlik arasındakı əlaqəni düzgün əks etdirdiyindən, dövlət öz iq­ti­­sadi siyasətində, büdcə xərclərində, vergilərdə, bank faiz­lərində, gömrük rüsumla­rın­da müəyyən dəyişiklər et­mək­lə, həmin prosesləri tənzimləyə bilər.

Şübhəsiz, yuxarıda qeyd etdiyimiz 10 prinsipin kon­kret şəraitdən asılı olaraq, seçilib təsərrüfat həyatında isti­fadə olunması ilk mərhələdə müsbət nəticələr versə də, lakin onların son səmərəliliyi birgə, kompleksli surətdə hərtərəfli düşünülüb tətbiq edilməsi ilə bağlıdır. Unudul­ma­malıdır ki, cəmiyyət həyatının ən mürəkkəb iqtisadi-­sosial problemlərinin təhlili və onların optimal həlli yol­ları, məhz bu prinsiplərə əsaslanır.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin