Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Ədatlar, adətən, sözlərə və cümləyə emosional təsir aşılayır. Bəziləri: məsələn, (-mı4)



Yüklə 319,77 Kb.
səhifə115/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   111   112   113   114   115   116   117   118   ...   189
2019-04-25 12-07-55

Ədatlar, adətən, sözlərə və cümləyə emosional təsir aşılayır. Bəziləri: məsələn, (-mı4) ədatı sual cümləsinin yaranmasında iştirak edir. Bu həm qrammatik sual cümləsi ola bilər, həm də ritorik.
-mı4 ədatı ilə qurulan sual cümlələrinin cavab cümləsi təsdiq və inkar ədatları (yox, xeyr, bəli, hə) ilə ifadə olunur. Bu da öz növbəsində üzvlənməyən cümlələr (söz-cümlə) kimi cümlə formasını yaradır. -mı4 ədatı tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayan vasitə kimi çıxış edir.
Da, də, belə ədatları tabeli mürəkkəb cümlələrin (-sa, -sə şərt şəkilçiləri ilə birlikdə qarşılaşdırma budaq cümləsinin) qurulmasında iştirak edir.
Əmr və arzu ədatları əmr və nida cümlələrinin yaranmasında iştirak edir.
Həmçinin ki ədatı nisbi əvəzliklərlə birlikdə işlənərək budaq cümlənin baş cümləyə bağlanmasında iştirak edir.
Ədatlardan bəziləri tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında ortaq söz (determinant) kimi də iştirak edərək, komponentləri əlaqələndirir. Məs.: Bu qaranlıq mühitdə yalnız 12 yaşlı bacısı onu sevir, qardaşı Cəlal ona hörmət edirdi.
Bəzi modal sözlər söz-cümlələrin ifadə vasitəsi kimi çıxış edir. Modal sözlər həm də tabesiz mürəkkəb cümlə-nin komponentlərini əlaqələndirən determinant kimi işlənə bilir. Məs.: Deyirəm, bəlkə, duman çəkildi, aydınlıq oldu. (B.B)
Nidalar da söz-cümlənin ifadə vasitəsi kimi çıxış edə bilir (aha, of, ah və s.). Həmçinin nidalar nida cümlələrinin yaranmasında əsas morfoloji göstəricidir. Məhz buna görə də məqsəd və intonasiyaya görə cümlənin bir növü nida cümləsi adlandırılmışdır.
Xüsusi nitq hissələri: Nida
1961-ci ildə çap olunmuş (APİ-nin nəşri) “Müasir Azərbaycan dilinin morfologiyası” kitabında nida haqqında yazılır: “Nida xüsusi nitq hissəsi olub həm müstəqil, həm də köməkçi nitq hissələrindən öz xüsusiyyətləri ilə fərqlənir. Nidalar xüsusi qrammatik kateqoriyalara malik olmayan və dəyişməyən bir nitq hissəsidir. Bu xüsusiyyətləri ilə əsas nitq hissələrindən, lakin müstəqil məna (hiss və həyəcan) ifadə etməsi ilə köməkçi nitq hissələrindən fərqlənir ”.
M. Hüseynzadənin 1973-cü ildə nəşr olunan “Müasir Azərbaycan dili” kitabında bu fərqlər belə göstərilir: “Nidalar hiss və həyəcan ifadə etdiyi zaman onu (hiss və həyəcanı) adlandıra bilmir. Buna görə də nidalar həm əsas nitq hissəsindən, həm də köməkçi nitq hissələrindən fərqlənir”.
Subyektin daxili duyğularını, hiss və həyəcanını, istək və arzularını, sevinc və kədərini, qəzəb və nifrətini ifadə etmək üçün işlədilən nitq hissəsinə nida deyilir. Nidalar cümlədə qrammatik vəzifə daşımadığı kimi, konkret bir məfhum da ifadə etmir. Nidalarda daxili duyğular ifadə edildiyi üçün təsirli ton, intonasiya, mimika və jestlərlə müşayiət olunur. Nidalar müstəqil sözlərdən əmələ gəlmiş və əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında orta bir mövqe tutur. Müstəqil nitq hissələrinə daxil olan sözlər müəyyən mənaya malikdir. Belə sözlərin morfoloji əlamətləri olur və sintaktik cəhətdən müəyyən cümlə üzvü vəzifəsində işlənir. Müstəqil mənalı sözlərdən fərqli olaraq, nidalar intonasiya cəhətdən daha çox ekspressiv və emosional məzmunlu olur, sintaktik cəhətdən hər hansı bir cümlə üzvü ilə bağlanmasa da, intonasiya və məna cəhətdən cümlənin ümumi məzmunu ilə əlaqəli olur. Sual intonasiyası ilə formalaşmış sual cümləsinə cavab olaraq, söz-cümlə kimi çıxış edir. Köməkçi nitq hissələrindən ədat və modal sözlərin bəzilərində də bu xüsusiyyət vardır və onlar da (təsdiq və inkar ədatları, bəlkə, ola bilər, əlbəttə, şəksiz, şübhəsiz, əsla, qətiyyən və s. modal sözlər) söz-cümlə kimi çıxış edə bilir. Bu baxımdan aralarında yaxınlıq vardır. Ancaq ümumilikdə köməkçi nitq hissələri cümlə üzvləri arasında sintaktik əlaqə yaradır, ayrı-ayrı sözlərə və ya cümləyə müəyyən məna çaları verir. Köməkçi nitq hissələri hiss və duyğuları ifadə etmir. Tərkibində nida olmayan cümlə adi intonasiya ilə tələffüz edildiyi halda, tərkibində nida işlənən cümlə yüksək tonla tələffüz edilir. Və elə məqsəd və intonasiya görə cümlənin bir növü də məhz nida cümlələridir. Bu cümlələrin formalaşmasında nidaların mühüm əhəmiyyəti olduğundan həmin cümlələr onun adı ilə adlandırılır.
Nida etimoloji cəhətdən iki qrupa bölünür:
1) Əsli nidalar. Əsli nidalar bir, iki, üç, dörd səsdən ibarət olur. Bunlar tələffüz zamanı bir qədər uzadılır. Buraya daxildir: ax, ah, pəh, paho, a, eh, aha, oho, hım, hay, hey, of, ax-ax-ax, ha-ha və s.
2) Törəmə nidalar: Buraya əsas nitq hissələri ilə əlaqədar olan nidalar daxildir. Bu nidalar aid olduqları nitq hissələrindən ayrılaraq hiss-həyəcan bildirmək vasitəsinə çevrilmişdir. Əfsus, mərhəba, əhsən, heyhat, aman, afərin, vay, haray, can, ay can və s. nidalar bu qəbildəndir. Məs.:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin