Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


I Budaq cümlə baş cümlədən sonra gəlir, ki bağlayıcısı intonasiya



Yüklə 319,77 Kb.
səhifə177/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   173   174   175   176   177   178   179   180   ...   189
2019-04-25 12-07-55

I Budaq cümlə baş cümlədən sonra gəlir, ki bağlayıcısı intonasiya ilə bağlanır. Baş cümlədə buraxılmış tamamlığı əvəz edir, əvəzlik -qəliblə ifadə olunmuş tamamlığı aydınlaşdırır. Məsələn, 1) Həqq bilir ki, sözümə hiylə qatmazam mən (S.I. X.). 2) Əbləh odur, dünya üçün qəm yeyə, Tanrı bilir, kim qazana, kim yeyə 3) Sən deyirdin ki, heç kəsin yoxdur (M.S.O. ). 4) Fəqət onu hər kəs bilməlidir ki, bəzən tək- tək şəxsiyətlərin də inqilabda mühüm rolu olmuşdur. 5) Ümid edirəm ki, yenə də bir yerdə oturub Təbrizin qəliz dumanları altında nəşələndiyimizi xatırlayacaığıq (M.S.O.). 6) Yol vermə ki, pislik qəlbimə dolsun, Əlim yamanlıqdan qoy uzaq olsun (N.G.). 7) Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam (I.N.).
II Budaq cümlə baş cümlədən əvvəl gəlir, baş cümləyə bağlayıcı sözlərlə (kim, hər kim, hər kəs, hər nə) bağlanır. Bağlayıcı sözlər ismin müxtəlif hallarında olur. Baş cümlədə isə ya bağlayıcı sözlə qarşılıq söz - əvəzlik qəlib işlənir, ya da tamamlıq buraxılmış olur. Bağlayıcı sözdən sonra bəzən ki ədatı, budaq cümlənin sonunda isə -sa2 şəkilçisi işlənə bilir. Məsələn, 1) Kim Koroğlunun atını gətirsə, ona bəylik verəcəm (“Koroğlu”). 2)Vəfa hər kimsədən istədim, ondan cəfa gördüm, Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm. Hər kimə ki üz tutdum, ondan yüz bəla gördüm(M.F.).
Baş cümlədə tamamlığın qəlibi kimi onu, bunu, ondan, bundan, ona, buna, eləsi, beləsi, elələri, belələri, orası, burası və s. substantivləşmiş işarə əvəzlikləri işlənir. Məsələn, 1. Eləsini tanıyıram ki, yaxşıların yaxşılığını tez unudur. 2. Orasını da deyim ki, ona söz təsir etmir.
Tamamlıq budaq cümləsinin bu tipi mübtəda budaq cümləsinin eyni quruluş tipinə oxşayır. Lakin mübtəda və tamamlıq budaq cümlələrindəki əvəzlik (bağlayıcı söz) ismin halına görə eyni olsa da, cümlələrdə mübtədanı ifadə edən əvəzlik adlıq halda, tamamlığı ifadə edən əvəzlik isə ismin yönlük, təsirlik, çıxışlıq hallarında işlənir. Məsələn, 1) Kimi istəyirsən, onu çağırım. 2) Kimi istəyirsən, o çağırılsın.
1-ci cümlənin baş cümləsində əvəzlik-qəlib təsirlik halda işlənib, baş cümlənin tamamlığıdır və budaq cümlə onu izah edir, aydınlaşdırır. Deməli, bu budaq cümlə tamamlıq budaq cümləsidir. 2- ci cümlənin baş cümləsində əvəzlik-qəlib adlıq haldadır və mübtəda vəzifəsindədir. Deməli, budaq cümlə mübtəda budaq cümləsidir.
Vasitəsiz tamamlıq budaq cümləsində baş cümlənin xəbəri təsirli feil olan nitq feilləri ilə ifadə olunur. Ona görə də bu tipli budaq cümlədə danışanın, söyləyənin kimliyi məlum olur. Bu da öz növbəsində vasitəsiz tamamlıq budaq cümləsinin vasitəli və vasitəsiz nitq şəklində işlənməsini şərtləndirir.
Vasitəsiz nitqdə başqasının fikirləri, söylədikləri olduğu kimi, heç bir dəyişiklik edilmədən verilir və intonasiya ilə baş və budaq cümlə bir-biri ilə bağlanır. Məsələn, 1)Aqillər demişdir: ”Gözəl qadın gözə xoş gələr, xeyirxah qadın qəlbə. Biri gözəl əşyadır, biri əsl xəzinə”. 2) Məhəmməd peyğəmbər söyləmişdir: ”Beşikdən qəbir evinə kimi elm öyrənmək lazımdir”.
Vasitəsiz tamamlıq budaq cümləsi vasitəli nitq şəklində də işlənir. Belə tipli vasitəsiz tamamlıq budaq cümləsində başqasının fikirləri dəyişdirilmiş şəkildə, lakin əsas məzmun qalmaqla ifadə edilir, ki bağlayıcısı ilə baş cümləyə bağlanır. Məsələn, 1) M.Qorki demişdir ki, onda olan ən yaxşi cəhətlərə görə kitablara borçludur. 2) Sudabə hədsiz bir həyəcan və sevinclə dedi ki, bu onun üçün dünyanın bütün dövlətindən qiymətlidir.(M.I.). 3) Abdulla xan deyirdi ki, onun işini yalnız inqilab həll edə biləceəkdir (M.S.O.).

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin