Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə19/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   189
2019-04-25 12-07-55

Kəmiyyət kateqoriyası
Azərbaycan ədəbi dilində ümumi qrammatik kateqoriyalardan biri də kəmiyyət kateqoriyasıdır. Tək isimlərin morfoloji əlamətləri yoxdur. İsimlərdə kəmiyyətin çoxluğunu və ya azlığını göstərmək üçün iki üsuldan: morfoloji və sintaktik üsuldan istifadə olunur.
Morfoloji üsul:
I Azərbaycan ədəbi dilində cəmlik, çoxluq yaratmaq üçün ən çox -lar (-lər) şəkilçilərindən istifadə edilir və bu şəkilçi qeyri-müəyyən çoxluq yaradır. Məs.: Qıratın üstündə, dəlilər yanında, Dağları, daşları gəzər Koroğlu. (“Koroğlu”) Oğullar atanı, qızlar ananı, Gəlinlər də qaynananı bəyənməz. (A.Tufarqanlı)
-lar (-lər) şəkilçisi bəzi məqamlarda çoxluq anlayışı yaratmaqla yanaşı, mücərrədlik məfhumu bildirən isimləri nisbətən konkretləşdirir. Məs.: 1. Daş düşdüyü yerdə ağırdır. 2. Daşlar yolu tamam tutmuşdu.
Birinci cümlədə ümumilik, mücərrədlik varsa, ikinci cümlədə nisbətən konkretlik var. Dünyada olan bütün daşlar deyil, yalnız həmin ərazidə olan daşlar nəzərdə tutulur.
-lar(-lər) şəkilçisi kəmiyyətcə yox, ümumi cins məfhumu altında birləşən növcə çoxluq (mineral sular –“İstusu”, “Sirap”, “Badamlı”, “Narzan”) yaradır. Ümumi cins məfhumu həmcins üzvlərin (“İstusu”, “Sirap”, “Badamlı”, “Narzan” ) hamısına aid olub onları ümumiləşdirən ümumiləşdirici sözdür (mineral sular).
-lar (-lər) şəkilçisi həm də mənəvi anlayışların (duyğular, düşüncələr, sevgilər) bədii əsərdəki poetik siqlətini, ekspressiv-emosional təsir gücünü artırır.
Xüsusi isimlər də -lar (-lər) şəkilçisi ilə işlənə bilər. Bu aşağıdakı məqamlarla bağlı olur:
1. Tayfaya, qəbiləyə, nəslə mənsubluq bildirəndə: Səfəvilər, Qızılbaşlar, Qarabağlar, Ağqoyunlular və s. (Qeyd: Müasir türk dilində soyadlara daha çox artırılır və -gil şəkilçisinin sinonimi kimi işlənir. Gündoğdulara getdim).
2. Ümumilik yaradanda, bir nəfərin arxasında minlərin, milyonların olduğunu bildirəndə, eyni zamanda təntənə çaları ifadə edəndə: Sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yetirmiş! (S.V.)
3. Yenə də çoxluq anlayışı yaradanda, lakin əvvəlkilərdən fərqli olaraq, qəzəb, kinayə kimi mənalar ifadə edəndə: Anyaları, Sonyaları yanlarıq, Ay bərəkallah, nə gözəl canlarıq! (M.Ə.S.)
Azərbaycan dilində həmişə cəmdə işlənən xüsusi isimlər –antroponim, toponimlər də müşahidə olunan dil faktlarındandır. Toponimlər: Qaralar, Qaravəlilər, Otuz ikilər, Hacılar, Dəllər (kənd adları); Şahlar, Ağalar, Xanlar, Bəylər (antroponim) və s.
II -lıq4 şəkilçisi də çoxluq məzmunu yaradır. Düzəltmə isimlərdən bəhs ediləndə bu şəkilçinin yaratdığı məna və məzmun çaları içərisində çoxluq anlayışının da varlığını müşahidə etmişdik. Məs.: dağlıq, odunluq, otluq, güllük, kolluq və s.
Bu şəkilçi vasitəsilə həmin sözlərdə yer, məkan anlayışı ilə bərabər, çoxluq məzmunu da özünü büruzə verir.
Sintaktik üsul:
Sintaktik üsulla çoxluq anlayışı aşağıdakı formalarda özünü göstərir:
1) Müəyyən və qeyri-müəyyən miqdar saylarını isimlərin əvvəlinə artırmaqla: 10 kitab, xeyli adam, yüzlərlə tələbə və s.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin