Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə44/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   189
2019-04-25 12-07-55

Zil qara,
Gecələrim zil qara.
Hicran yaraşığıdı
Saç ağ, günüm zil qara.
(Bayatı)
Zil sözü, demək olar ki, yalnız qara sifəti ilə işlənir.
4. Şiddətləndirmə həmçinin dialektlərdə, folklor ədəbiyyatında işlənən tey, teyxa, çim, cılxa, cımxır sözləri ilə də formalaşır. Məs.:
Arxalığın çim yaşıl,
Baxdıqca göz qamaşır.
Çöldən səsin gələndə
Evdə dilim dolaşır.
(Bayatı)
Paltarı cılxa yaşdır. Xörək teyxa duzludur (danışıqdan)
5. Bu dərəcədə düm hissəciyindən də istifadə edilir: dümağ, dümsarı və s.
Çoxaltma dərəcəsini yaradan vasitələrdən m,p,r,s ünsürləri, düm hissəciyi sözə bitişik, zil, tey, teyxa, cılxa sözləri ayrı, tünd sözü isə defislə yazılır.
Azaltma dərəcəsi. Əlamət və keyfiyyətin adi dərəcəyə nisbətən azlığını göstərir. Bu dərəcə iki üsulla yaranır:
1. Morfoloji (sintetik) üsul:
* -ımtıl,-mtıl,-umtul,-ümtül şəkilçisi rəng bildirən sifətə qoşularaq əlamət və keyfiyyətin adi dərəcədən az olduğunu bildirir: ağımtıl, qırmızımtıl, göyümtül, bozumtul və s.
* -raq (-rək) şəkilçisi ilə. Bu şəkilçi qeyri-məhsuldardır. -raq,-rək şəkilçisinə müasir Azərbaycan ədəbi dilində az təsadüf olunur. Bəzi sifətlərə artırılır: gödərək (kişi), kiçirək (oğlan). Bu sözlərin kökündəki “k” samiti düşmüşdür. Dialektlərdə (qərb) sifətin azaltma dərəcəsində olan tösmərək sözü işlənir. Bu söz semantik cəhətdən gödək, gödərək sifətinə uyğun gəlir və eyni morfoloji əlamətə malikdir.
Onu da qeyd edək ki, -raq,-rək şəkilçisi yazılı abidələrin dilində də müşahidə olunur: Atamdan yegrək qayın ata! Anamdan yegrək qayın ana! (KDQ) Cəfaləri nə qədər acı isə yeyrəkdir, Anın acısı rəqibin yağ ilə balından. (İ.N.) Beytin mənası: Sevgilinin cəfası nə qədər acı olsa da, onun acısı rəqibin yağ və balından yaxşıdır. Və yaxud: ...Sən Habili məndən artıqrağ sevərsən, andan ötrü gögçəgi ana verürsən. ... Və Adəmin fərzəndlərindən hüsnü camal ilən yegrak idi. (“Şühədnamə”) və s. Nümunələrin semantikasından həmin şəkilçilərin sifətdəki əlamət və keyfiyyətin azlığını yox, əksinə çoxluğunu bildirdiyi məlum olur.
* -sov (-ımsov). Bu şəkilçi də qeyri-məhsuldardır: ağımsov, göyümsov, dəlisov, uzunsov və s.
* -şın. Bu şəkilçi də qeyri-məhsuldardır: sarışın, qaraşın və s.
* -ımtraq (-mtraq) şəkilçiləri rəng bildirən sifətlərə artırılaraq azaltma dərəcəsi yaradır: ağımtraq, sarımtraq və s.
2. Sintaktik (analitik) yol. Sifətin azaltma dərəcəsinin morfoloji üsulla yaradılması o qədər də məhsuldar deyil. Çünki bütün sifətlərə yuxarıda qeyd etdiyimiz şəkilçiləri artırmaq mümkün olmur. Buna görə də sintaktik üsuldan istifadə edilir. Sintaktik üsulla sifətin azaltma dərəcəsi aşağıdakı vasitələrlə düzəlir:
* Sifətdən əvvəl ala sözünün işlənməsi ilə: ala-babat, ala-çiy və s.
* Sifətdən əvvəl açıq sözünün artırılması ilə: açıq-göy, açıq-qırmızı, açıq-yaşıl və s.;
* Sifətdən və isimdən əvvəl kəm sözünün işlənməsi ilə: kəmşirin, kəmağıl, kəmsavad və s. Onu da qeyd edək ki, kəm sözü inkarlıq, əlamətin yoxluğunu ifadə edən -sız4 şəkilçisi ilə eyni məzmuna malikdir; -kəm həm də feildən isim (görkəm), sifət (ötkəm) düzəldən leksik şəkilçi kimi də işlənir.
* Sifətdən sonra təhər sözünün işlənməsi ilə: göytəhər, sarıtəhər;
* Turş sifətinə məzə sözünün qoşulması ilə: turşməzə;
* Sifətdən sonra çalan feli sifətinin işlənməsi ilə: göyəçalan, yaşılaçalan və s.
Sifətin azaltma dərəcəsini sintaktik üsulla yaradan təhər, kəm, çalan, məzə sözləri bitişik, açıq, ala sözləri defislə yazılır.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin