Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə160/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   156   157   158   159   160   161   162   163   ...   189
2019-04-25 12-07-55

Qeyri – müəyyən şəxsli cümlə. Hərəkət və hökmün qeyri- müəyyən şəxsə aid olduğunu bildirən cümləyə qeyri- müəyyən şəxsli cümlə deyilir. Belə cümlələrdə işi icra edən var, lakin qeyri -müəyyəndir və buna görə də mübtəda kimi ifadəsi mümkün olmur, yalnız təsəvvürə gətirilə bilər. Məsələn, 1) Bu uca binanı çoxdan tikiblər. 2) Bir azdan onun dindirəcəklər.
Qeyri- müəyyən şəxsli cümlələrin qrammatik əlaməti III şəxsin cəmi ilə ifadə edilməklə üzə çıxır və felin xəbər şəklinin müxtəlif zamanları, əmr, şərt, lazım, arzu şəkilləri ilə işlənə bilir. Məsələn, 1) Darıxma sənə də bir iş verərlər (qeyri-qəti gələcək zaman). 2) Bir azdan xanı gətirəcəklər (qəti gələcək zaman). 3) Şahın xəzinəsindən dərvişə pay versinlər (əmr şəkli). 4) Kaş sovqatı vaxtında çatdıralar (arzu şəkli). 5) Tələbələri təcrübə üçün İrana aparmalıdırlar (vacib şəkli).
Qeyri -müəyyən şəxsli cümlələrdə qeyri- müəyyənlik müxtəlif məzmunda olur: 1) İs görən həm danışana, həm də dinləyənə məlum olmayanda qeyri- müəyyənlik qüvvətli olur. Məsələn, Gecənin bir aləmində qapını astaca döydülər. 2) İşi icra edən danışana məlum, dinləyənə isə məchul olanda qeyri- müəyyənlik o qədər də qüvvətli olmur. Məsələn, a) Bu il tələbələrin təqaüdünü qaldıracaqlar. b) Bu yaxında məni bir yerə çağırmışdılar. Qeyri -müəyyən şəxsli cümlələr başlıca olaraq, aşağıdakı məqamlarda işlənir:
1) Danışan hər hansı bir səbəbdən iş görənin adını çəkmək istəmədikdə; 2) Əslində icra edilməyən, qeyri- real olan, lakin icrası təsəvvür olunan işləri göstərdikdə; Bu zaman elə bil, elə bil ki, sanki sözlərindən istifadə edilir. Məsələn, Elə bil ki, Kamalın başına bir qazan qaynar su tökdülər. 3) Şəxsin çoxluğu üzündən danışan iş görəni müəyyənləşdirə bilmədikdə; Məsələn, Deyirlər ki, kəndə yoxlama gəlib. 4) Danışan həmsöhbətini müəyyən bir işi görməyə təhrik etdikdə; Məsələn, Sizə dedilər ki, öz işinizi görün.
Qeyri-müəyyən şəxsli cümlə həm sadə cümlə şəklində, həm də mürəkkəb cümlənin tərkib hissəsi kimi işlənə bilər.
Ümumi şəxsli cümlə. Hərəkət və hökmün eyni zamanda hamıya aid olduğunu bildirən cümlələrə ümumi şəxsli cümlə deyilir. Belə tipli cümlələrdə mübtəda ümumi şəkildə nəzərdə tutulur, verilən hökmlər nəsihətamiz, ibrətamiz, bəzən nəsihət, etiraz, məsləhət, təəssüf, adi məlumat məzmunu ifadə edir. Ümumi şəxsli cümlələr daha çox atalar sözü, məsəl, hikmətli ifadələr halında işlədilir. Məsələn, 1) Əvvəl düşün, sonra danış . 2) Arxı hoppan, sonra hop de. 3) Ölənin dalınca danışmazlar. 4) Cücəni payızda sayarlar.
Ümumi şəxsli cümlələrin xəbərləri qrammatik cəhətdən ya III şəxsin cəmi ilə, ya da II şəxsin təki ilə ifadə olunur. Lakin xəbərləri II şəxsin təki və III şəxsin cəmi ilə ifadə olunan bütün cümlələri ümumi şəxsli cümlə saymaq olmaz. Aşağıdakı cümlələrə nəzər salaq:

  1. Dərsi danış. 2) Uşaqlar həyətdə oynayırlar. 3) Sizi çağırırlar.

1-ci cümlədə mübtədanı asanlıqla bərpa etmək mümkündür, işin icrası ancaq II şəxsin təkidir. 2- ci cümlədə hökmün icraçıları uşaqlardır. Hər iki cümlə cüttərkiblidir. 3- cü cümlədə isə hökmün icraçısı qeyri-müəyyəndir və cümlə qeyri-müəyyən şəxsli cümlədir.
Ümumi şəxsli cümlələrin xəbərləri felin əmr şəklinin II şəxsinin təki və xəbər şəklinin III şəxsinin cəmində işlənən muzarə (qeyri-gələcək) zamanla ifadə olunduğuna baxmayaraq, məzmunca bütün şəxslərə və kəmiyətlərə aid olur, yəni forma və məzmun arasında əlaqə olmur. Adi danışdığımızda da belə cümlələrdən istifadə edirik. Məsələn, Yüz ölç, bir biç; Dost arasında belə söhbətləri salmazlar; Uşağı döyməzlər, nəsihət edərlər .

  1. Bunlardan əlavə, ümumi şəxsli cümlələrin xəbərləri aşağıdakı feil şəkilləri ilə də ifadə olunur:

  2. 1.Xəbər bəzən felin əmr şəklinin I şəxsinin təkində olur: Adımı sənə qoyum, səni yana-yana qoyum; Özümə yer eyləyim, gör sənə neyləyim. Və s.

  3. 2.Felin vacib şəkli ilə: Şair olmaq üçün əbədi iztirab çəkməlisən.

  4. 3. Felin şərt şəkli ilə: Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar.

Ümumi şəxsli cümlələr həm sadə cümlə şəklində, həm də mürəkkəb cümlənin tərkib hissələri kimi işlənə bilər. Məsələn,
1) Gərək həmişə sözünün ağası olasan. 2) İsti aşa soyuq su qatmazlar. 3) Nə əkərsən, onu da biçərsən. 4) Nə tökərsən aşına, o da çıxar qarşına.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin