Xan çiçəklər olur torpaq
(A.M.Azaflı)
Misralardakı fərqləndirilmiş pis, təzə, köhnə, ətirli, nəğməkar sözləri qrammatik mənasına görə sifət, daş, xan sözləri isə qrammatik mənasına görə isimdir. İsim və sifəti yaxınlaşdıran cəhət onların hər ikisinin cümlədə təyin olmasıdır. Lakin sifətin təyin vəzifəsində çıxış etməsi onun əsas xüsusiyyətidir. İsmin təyin rolunda çıxış etməsi isə aşağıdakı xarakterik hallarla bağlıdır:
Birincisi, atributiv isimlər adlıq halda olaraq başqa bir əşyanın əvvəlində gəlir və əlamət, keyfiyyət mənasını bildirir. Yəni atributivləşərək təyin vəzifəsində çıxış edir. Məs.: Daş ürəklərdə yanıb daşları yandırdı muğam... (B.V.) Xan çiçəklər olur torpaq... . (A.M.A.) Qızıl açar dəmir qapıları açar. (A.. sözü)
Bu cümlələrdə daş, qızıl sözləri isimdir, ayrılıqda nə? sualına cavab verir, xan ismi titul bildirir; antroponim kimi də işlənir, kim? sualına cavab verir, hər birinin sintaktik vəzifəsi təyindir, atributiv vəzifə daşıyır. Daş “ürəklərdə” sözünü, xan “çiçəklər” sözünü, qızıl “açar”, dəmir isə “qapıları” sözünü izah edir, sintaktik sualı hansı? olur. Sintaktik sualın özü cümlə üzvünü şərtləndirən vasitələrdən biridir. Çünki cümlə daxilində sintaktik suala cavab verən, aralarında məna və qrammatik cəhətdən əlaqə olan sözə və ya söz birləşməsinə cümlə üzvü deyilir. Morfoloji sual isə nitq hissələrinə ayrı-ayrılıqda verilən sualdır. Daş, qızıl, dəmir sözləri ayrılıqda nə? sualına cavab olur və isimdir, adlıq haldadır, təyinedici xüsusiyyətə malikdir, özündən sonrakı isimləri təyin edir. Deməli, atributiv isimlər cümlə daxilində təyin vəzifəsində çıxış edərək özündən sonrakı isimlərin maddi əsasını, nədən hazırlandığını bildirir. Həmçinin isim məcazi mənada işlənir, emosionallıq yaradır. Ondan bədii təsvir vasitəsi kimi (epitet) istifadə edilir: daş ürək, xan çinar, alma yanaq, bal dodaq, sədəf diş, büllur buxaq. Məsələn:
Axşam-sabah, çeşmə, sənin başına,
Bilirsənmi, necə canlar dolanır?!
Dostları ilə paylaş: |