Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə15/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   189
2019-04-25 12-07-55

-gəc: süzgəc;
-c: qazanc, tıxac;
-gə: döngə, süpürgə;
-ar,-ər: açar, Sevər, Gülər, Yetər;
-ğın, -qın, -qun,-kün: uçqun, basqın, yanğın, daşqın, qırğın;
-ır (-ir): yatır (xəzinə, var-dövlət mənasında), gəlir (mədaxil mənasında) və s.
-kəm: görkəm (zahiri görünüş);
-dıq, -dik. Bu şəkilçi vasitəsilə, əsasən antroponim (şəxs adı) yaranıb və qeyri-məhsuldardır: Tapdıq, Sevindik;
-ın, in, -un, -ün: əkin, biçin, axın;
-ınc, -inc: qaxınc, sevinc;
-ıcı, -ucu, -ücü, oxucu, sürücü, toxucu;
-ı,-i,-u,-ü: yazı, qorxu, çəki, sürü;
-maq,-mək: qazmaq, yemək (xörək mənasında), çaxmaq (tüfəngin çaxmağı) və s.
İsim düzəldən şəkilçilərin çoxu omonim xarakter daşıyır. Bəzilərinə nəzər salaq:
-lı4: sifət düzəldir: yağlı, duzlu, maraqlı və s.;
-ış4: qarşılıq-birgəlik növ feillərin morfoloji əlamətidir: qaçışdı, yazışdı, görüşdü və s.;
-acaq, -əcək: felin qəti gələcək zamanının şəkilçisidir oxuyacaq, alacaq, qurtaracaq və s.;
-acaq, -əcək: feli sifət şəkilçisidir: görüləcək işlər, yazılacaq əsər və s..
-ma, -mə: sifət düzəldir (gəlmə adamlar, hörmə paltar və s.);
-ma, -mə: felin inkar şəkilçisidir (oxuma, yazma, getmə və s.);
-ar, -ər: qeyri-qəti gələcək zaman şəkilçisidir (alar, oxuyar, danışar);
-ar, -ər: təsirsiz feildən təsirli feil yaradır (qoparar, çıxarar və s.);
-ıq, -ik, -uq, -ük: sifət düzəldir (açıq, əzik, dönük, kəsik ) və s.
Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Dilimizdə sintaktik, sintaktik-morfoloji yolla yaranan mürəkkəb isimlər aşağıdakı modellər əsasında formalaşır:
1) Şəxs adı bildirən iki isim leksik-sintaktik üsulla birləşib mürəkkəb isim əmələ gətirir: Əliqulu, Gülcamal, Əliməmməd, Gülpəri və s.
2) 1-ci tərəfi ləqəb, rütbə, vəzifə bildirməyən, ikinci tərəfi şəxs adlarından ibarət iki isim birləşir və mürəkkəb isim əmələ gəlir: Hacımurad, Xankərəm, Sultanəli, Şahbikə və s.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin