Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə17/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   189
2019-04-25 12-07-55

Qeyd: camaat külfət sözləri -lar (-lər) cəm şəkilçisini qəbul etmir.
İsimlərin cümlədə əsas sintaktik vəzifəsi mübtəda və tamamlıqdır. Bundan əlavə xəbər, təyin və zərflik vəzifələrini də icra edə bilir. Məs.: Qara buludlar qalın bir pərdə kimi göy üzünü örtmüşdü (mübtəda). Gecənin zil qaranlığında qapını döyən həkim idi (xəbər). Alma yanağına, bal dodağına Baxan kimi ağlım çaşdı, Güləndam (təyin). Hava qaralanda Mayagil kəndə çatdılar (yer zərfliyi). Dayım ortaboylu, enlikürəkli, qumral bığlı oğlandan soruşdu (tamamlıq).
Qeyd etmək lazımdır ki, yer adlarını bildirən isimlər nə? və hara? sualına cavab versə də (nə? sualı əsas hesab olunur), cümlə daxilində bəzən hara? sualına qətiyyən cavab vermir. Məsələn, İndi Bakıda gündən-günə çoxmərtəbəli evlər (nə?) tikilir, parklar (nə?) salınır.
Qrammatik kateqoriyalar. Qrammatik kateqoriyaların mahiyyəti. Ümumi və xüsusi kateqoriyalar
Hər bir dilin qrammatikasında özünəməxsus xarakterik qrammatik anlayışlar vardır. Qrammatik anlayışlar dilin qrammatikasına aid olan qayda-qanunlardan ibarətdir. Azərbaycan dilçiliyində qrammatik anlayış ifadəsi qrammatik məfhum kimi də adlandırılmışdır. Həm də qrammatik məfhumlar dedikdə “dildə obyektiv olaraq mövcud olan qrammatik qaydalar sisteminin ümumiləşmiş şəkildəki inikası” başa düşülür. Qrammatik anlayışa qrammatik məna, qrammatik kateqoriya, qrammatik forma, qrammatik üsul (ifadə vasitələri), qrammatik quruluş daxildir.
Kateqoriya yunan mənşəli söz olub, “əlamət”, “ittiham”, “söyləmə” mənasını ifadə edir. Böyük yunan filosofu Aristotel “Kateqoriyalar” adlı əsərində ona belə bir tərif vermişdir: “Kateqoriya obyektiv gerçəkliyin ən böyük ümumiləşməsi və inikasıdır”. Aristotel kateqoriyanın on növünü göstərmişdir: kəmiyyət, keyfiyyət, mahiyyət (substansiya), münasibət, məkan, zaman, vəziyyət, hal, hərəkət və iztirab. Bu kateqoriyaların bəziləri məntiqi, bəziləri qrammatik, bəziləri də məntiqi-qrammatik kateqoriyalardır.
Əvvəlki mövzularda nitq hissələrinin təsnifatı prinsipindən danışanda qeyd etmişdik ki, qrammatik kateqoriyaların maddi əsasını qrammatik formalar (morfoloji əlamətlər, sintaktik vasitələr) təşkil edir. Bu vasitələrə malik olan qrammatik kateqoriyalar sözlərin bir-birinə bağlanmasında, sözlər arasında əlaqə yaratmaqda çox mühüm rol oynayır. Konkret nümunə göstərək: Əsgər dağın ən uca zirvəsində dalğalanan bayrağını qürurla seyr edirdi. Nümunə kimi verilmiş bu cümlədə elə bir söz və söz birləşməsi yoxdur ki, aralarında məna və qrammatik əlaqə olmasın. Şəxs kateqoriyası uzlaşma əlaqəsinin (Əsgər seyr edirdi), hal və mənsubiyyət kateqoriyaları III növ təyini söz birləşməsinin (dağın zirvəsində: idarə, uzlaşma) formalaşmasında əsas vasitələrdir. Bilirik ki, söz birləşmələri leksik mənaya malik olan sözlərin məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Cümlələri əmələ gətirən də sözlər və söz birləşmələridir. Əgər onların arasında əlaqə qurulmasa, fikir ifadə edilməz. Qeyd etdiyimiz kimi, məhz bu əlaqələri yaradan qrammatik kateqoriyalardır.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin