Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Baharda xəzəl olmaz, Yar yardan bezar olmaz. Dəryada



Yüklə 319,77 Kb.
səhifə33/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   189
2019-04-25 12-07-55

Baharda xəzəl olmaz,
Yar yardan bezar olmaz.


Dəryada gəmim qaldı,
Biçmədim, zəmim qaldı....
Ağ dəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı. (Bayatı)
Bu nümunələrdə yerlik halda olan sözlər və birləşmələr feillərlə idarə olunmuşdur:
əlinin altında hiss elədi
kənddə danışırdı
kəndin aşağısında hürüşdü
evdə darıxırdı
çöldə başı qarışırdı
işdə başı qarışırdı
gözlərinin önündə açıldı
baharda olmaz
dəryada qaldı
düzdə qaldı
Təbrizdə qaldı
qızda qaldı
İsmin yerlik halında olan sözlər və birləşmələr ismi xəbərlə də əlaqələnir və idarə olunur. Məs.:
Dağlarda qar incidir,
Gülləri xar incidir...
Göydə ulduz əllidir,
Yüz deyil, düz əllidir...
(Bayatı)
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım? (Bayatı)
Yerlik halda olan isim bəzən cümlənin əvvəlində gəlir (verilmiş nümunələrə baxın). Bu hal onu idarə edən sözlə başqa hallara nisbətən zəif əlaqələnir. Əsas funksiyasından başqa, bir sıra məna variantlarına da malikdir. Əsasən, məkan məzmunu bildirir, bəzən zaman anlayışı yaradır, bəzən də əşyanı daxili və xarici əlamətlərə görə təyin edir.
Yerlik halın digər məna variantlarını izləyək:
1. Zaman anlayışı yaradır: Payızda günlər qısalır;
2. -lıq4 şəkilçisi ilə işlənib yenə də zaman anlayışı yardır: Cavanlıqda can saxla, qocalıqda abır-həya;
3. Bu halda olan isim prosesin, əşyanın hal-vəziyyət və tərzini bildirir, bu zaman ondan qabaq təyinedici söz gəlir: Şəmsiyyə ağ ipək paltarda onu qarşıladı;
4. Əşyanı daxili və xarici əlamətlərə görə təyin edir:
Hünərdə, namusda anasına daha çox bənzəyirdi.
Yerlik halın tabe olduğu sözlə bilavasitə əlaqələnməsi (zəif olsa da), statik xarakteri onun qoşma ilə idarə olunmasına imkan vermir. Yönlük hala qoşulan qoşmaların yaratdığı məzmundan danışarkən qeyd etdik ki, qoşmaların mənasında bir mütəhərriklik, dinamiklik var, yəni işin icrasının dəqiq zamanını, zaman məsafəsi ilə son hüdudunu, işin başlanğıc nöqtəsini, istiqaməti, hadisənin səbəbini, məsafə və kəmiyyət hüdudunu aydın ifadə edə bilir, müqayisə, bənzətmə və s.bildirir. Bu cür dinamiklik onun statik xarakterə malik yerlik halla işlənməsinə mane olur.
Çıxışlıq hal. Bu halın əsas mənası iş, hal, hərəkət və əşyanın çıxış nöqtəsini göstərməkdən ibarətdir. Morfoloji əlaməti -dan, -dən şəkilçisidir. Kimdən?, nədən, haradan? suallarına cavab verir. Bu hal iş, hərəkətin başlanğıc nöqtəsi, işin mənbəyi, səbəb, müqayisə, zaman, seçilmə, istisnalıq, topluluq, maddilik və s. məzmunları bildirir, əşyanı daxili və xarici əlamətlərə görə təyin edir. Məs.:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin