Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Candan çıxarmazam, ey can, xəyalını. (İ.Nəsimi) Qəmindən



Yüklə 319,77 Kb.
səhifə34/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   189
2019-04-25 12-07-55

Candan çıxarmazam, ey can, xəyalını. (İ.Nəsimi) Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım. (M.Füzuli) Necə dəxli yoxdur, bura dədə-babadan bizim kənd camaatımızındır. (İ.Şıxlı)
Çıxışlıq halda olan isimlər ötrü, bəri, savayı, özgə, ayrı, əlavə, qeyri, sonra, əvvəl qoşmaları ilə də işlənir, müxtəlif məna çalarları – fərqlənmə, seçilmə, zaman və s. bildirir. Məs.:Var bu cahandan özgə bizim bir cahanımız,
Surət bu aləm oldu bizə, ol məkanımız. (İ.N.) Axşamdan bəri onu görən olmamışdı. (İ.Ş.) Dərsdən başqa nə işin ola bilər? (danışıqdan)
Çıxışlıq halda olan sözlər cümlədə vasitəli tamamlıq, zərflik və xəbər olur. Məs.: Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan. ... Ayrılarmı könül candan?! (S.V.) İpək tora halqa salma dəmirdən. (A.A.) Qorxudan gözləri hədəqədən çıxmışdı. (Ə.V.)
Mənsubiyyət kateqoriyası
Mənsubiyyət sahib şəxslə mənsub əşya arasındakı əlaqədən yaranır. Əşyanın kimə və nəyə aid olduğunu bildirən şəkilçilərə mənsubiyyət şəkilçiləri deyilir. Mənsubiyyət əlaqəsinin iki tərəfi vardır. Aydındır ki, əşyanın kimə, nəyə aid olması üçün yiyəlik, sahiblik məzmunu olmalıdır. Sahiblik, yiyəlik məzmununu yiyəlik halın şəkilçisi (ın4) yaradır. Yiyəlik hal da öz növbəsində özündən sonrakı mənsubiyyət şəkilçili sözdən asılıdır. Hər iki tərəfdəki söz eyni zamanda həm asılıdır, həm əsasdır. Yiyəlik, sahiblik məzmununu ifadə edən söz hansı şəxsdədirsə, ikinci tərəf, yəni mənsub olan tərəf o şəxsə aid şəkilçi qəbul etməlidir. İkinci tərəf də öz növbəsində birinci tərəfin yiyəlik halında olmasını tələb edir.
Bir-birindən asılı olan tərəflər cümlə daxilində ayrılmır, cümlənin mürəkkəb üzvü olur. Məsələn: Mənim bacım kənd həkimidir.
Sahib şəxs adı altında aşağıdakı anlayışlar ifadə olunur:
1) Sırf sahiblik bildirir: mənim paltarım, sənin dəftərin;
2) Şəxsin yaşadığı ərazini bildirir. Bu zaman ikinci tərəf coğrafi adların əvəzində nəzərdə tutulan və yer bildirən isimlərlə ifadə olunur: mənim kəndim, sənin şəhərin;
3) Qohumluq, ailəvi, hüquqi və ictimai münasibətləri bildirir: mənim atam, sənin müəllimin, onun vəkili, bizim dostumuz;
4) Orqanizmin müəyyən bir hissəsini bildirir: sənin qolun, onun beli, mənim gözüm və s.
Misallardan aydın olur ki, mənsubiyyət kateqoriyası müəyyən şəkilçi vasitəsilə meydana çıxır və hər iki tərəf arasında münasibət yaradır. Deməli, əşyanın şəxsə və əşyaya mənsub olması məhz bu şəkilçilərlə meydana çıxır:
Tək Cəm
I şəxs - im4 - ımız4
II şəxs - in4 - ınız4
III şəxs -ı4 - ı(lar)
Bu şəkilçilər də əslində şəxs əvəzliklərindən yaranıb. Ona görə də çox vaxt sahib şəxsin sözlə ifadəsinə ehtiyac qalmır. Həmin şəkilçilərdə sahib şəxs öz ifadəsini tapır. Məsələn, mənim kitabım, yaxud kitabım; sənin kitabın, yaxud kitabın.
Mənsubiyyət birləşməsinin tərəfləri bəzən bir neçə sözdən ibarət olur. Əgər birinci tərəf bir neçə şəxs əvəzliyi ilə ifadə edilərsə, ikinci tərəf son həmcins tərəfə aid mənsubiyyət şəkilçisi qəbul edir: sənin və onun kitabı, sənin və bizim kitabımız və s.
Əgər ikinci tərəf həmcins olarsa, mənsubiyyət şəkilçisi ancaq sonuncuda işlənir: mənim kitab, dəftər və çantam.
Mənsubiyyət kateqoriyasının birinci tərəfləri (I, II şəxs) müəyyən şəxs əvəzlikləri ilə ifadə olunur. III şəxsdə isə həm şəxs əvəzliyi, həm də isimlə ifadə olunur:
Mənim kitabım Bizim kitabımız
Sənin kitabı Sizin kitabınız
Onun (Lalənin) kitabı Onların (uşaqların) kitabları



Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin