Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


II Ərəb-fars dillərindən keçmiş mürəkkəb sifətlər: xoşqədəm, bədbəxt, hazırcavab, xoşrəftar, alicənab, bədniyyət və s. Sifətin dərəcələri



Yüklə 319,77 Kb.
səhifə42/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   189
2019-04-25 12-07-55

II Ərəb-fars dillərindən keçmiş mürəkkəb sifətlər: xoşqədəm, bədbəxt, hazırcavab, xoşrəftar, alicənab, bədniyyət və s.
Sifətin dərəcələri
Məlumdur ki, sifətlər əşyanı, onun əlamət və keyfiyyətini təyin edir. Lakin sifətlər əşyanı eyni dərəcədə təyin etmir, onların təyinlik dərəcələri bəzən az, bəzən çox, bəzən də adi halda ola bilir. Bu dərəcələr əşyaya xas olan əlamət və keyfiyyətlərlə bağlıdır. Qarşılaşdırılan iki eyni əlamət və keyfiyyət arasında fərq meydana çıxır. Ümumiyyətlə, sifətin dərəcələrinin dəyişməsi əşyaya xas olan əlamət və keyfiyyətin dəyişməsi deməkdir. Əşyanın mənsub olduğu əlamət və ya keyfiyyətin dəyişməsi ilə sifətin dərəcələri meydana çıxır. Əşyaya xas olan əlamətin dəyişməsi bir qayda olaraq, iki istiqamətdə özünü göstərir. Biri əlamətin çoxluğu, digəri isə azlığıdır.
XX əsrin 20-ci illərinə qədər Azərbaycan dilinə aid qrammatika kitablarında sifətin üç dərəcəsi (müqayisə, kiçiltmə, üstünlük) göstərilmişdir.
1924-cü ildə çap edilmiş “Türkcə sərf-nəhv” əsərində sifətin yeddi dərəcəsi göstərilmiş və ərəb terminləri ilə adlandırılmışdır. 1938-ci ildə, 1945 və 1948-ci illərdə yazılmış qrammatikalarda sifətin beş dərəcəsi (adi, kiçiltmə, müqayisə, üstünlük, şiddətləndirmə) verilmişdir. 1947-ci ildə Ə. Dəmirçizadə sifətin üç (adi, azaltma, çoxaltma) dərəcəsindən söhbət açmışdır. 1951-ci ildə EA-nın nəşr etdirdiyi qrammatika kitabında sifətin üç dərəcəsi (adi, azaltma, çoxaltma) olduğu göstərilir. 1963-cü ildə M. Hüseynzadə Müasir Azərbaycan dili kitabında sifətin altı (adi, müqayisə, üstünlük, kiçiltmə, çoxaltma, şiddətləndirmə) dərəcəsi olduğunu bildirmişdir.
Azərbaycan dilində sifətin üç dərəcəsi var.
Adi dərəcə. Bu dərəcə digər dərəcələr üçün əsas meyar hesab olunur. Adi dərəcənin morfoloji göstəricisi yoxdur. Bütün sifətlər heç bir dərəcə şəkilçisi qəbul etmədikdə adi dərəcədə olur: yaxşı (insan), böyük (ev), ağ (saç), kiçik (quş) və s.
Adi dərəcədə olan sifətdə məna yox, forma əsasdır. Əgər mənanı əsas tutsaq, onda iri, nəhəng, böyük, azman sifətləri çoxaltma, xırda, kiçik, körpə sifətləri isə azaltma dərəcəsində olmalı idi. Halbuki bu sifətlərin hamısı adi dərəcədədir. Adi dərəcədə əsas amil sifətin sıfır morfoloji göstəricisi ilə bağlıdır. Məs.: Ol bağların qara salxımları, üzümü olur, Ol üzümü sıxarlar, al şərabı olur. ... Qara yerdə otaqlar tikəm derdim. (KDQ)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin