Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə59/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   189
2019-04-25 12-07-55

Qeyd:-la,-lə şəkilçili zərflərlə ilə qoşmasının şəkilçiləşmiş -la,-lə variantını qarışdırmaq olmaz. İlə qoşması qoşulduğu sözlə birlikdə kim ilə?, nə ilə? sualına cavab verir və cümlədə tamamlıq və bəzən də zərflik olur. Məs.: Qardaşımla (kimlə?) dəniz sahilinə getdik.
Zərf əmələ gətirən -la (-lə) şəkilçisi qoşulduğu sözlə birlikdə necə?, nə cür? sualına cavab verir və cümlədə tərzi-hərəkət zərfliyi olur. Məs.:, Səlim güclə (necə?) nəfəs alırdı.
-la,-lə şəkilçisi omonim şəkilçidir.
* -ca,-cə: indicə, təzəcə, yenicə, farsca, məzmunca: zaman və tərz bildirir.
* -casına, -cəsinə: dostcasına, xaincəsinə: tərz bildirir.
* -yana (anə): ağayana, dostyana, şairanə: tərz məzmunun yaradır.
* -akı, -əki: yanakı, çəpəki: tərz məzmunu yaradır.
* -dan, -dən: bərkdən, birdən, ucadan, astadan: tərz məzmunu yaradır.
* -ən: qəsdən, qəflətən: səbəb və tərz məzmunu yaradır.
* -lik: hələlik, həmişəlik, indilik: zaman məzmunu yaradır.
* -lik+də: birlikdə, təklikdə: tərz məzmunu yaradır.
* -sız, -siz, -suz, -süz: halsız, huşsuz: tərz məzmunu yaradır.
Bu şəkilçilərdən -la2, -ca2, -dan2, -lik4, -sız4 omonim xarakterə malikdir.
Mürəkkəb zərflər həm leksik-sintaktik, həm də morfoloji-sintaktik yolla yaranır.
Leksik-sintaktik yolla yaranan mürəkkəb zərflər aşağıdakı qaydalar üzrə formalaşır:
* Eyni ismin təkrarı ilə: addım-addım, dəstə-dəstə, lay-lay.
Təhlükə onları addım-addım izləyirdi. (S.S.A.) Ulduzlar görünür uzaqda lay-lay, Yenə öz yerində yuvarlanır Ay (S. V.)
* Eyni sadə zərfin təkrarı ilə: səhər-səhər, axşam-axşam, yavaş-yavaş və s. Yavaş-yavaş hava qaralır, yastı təpələr zülmətə bürünürdü. (R.H.) Səhər-səhər bağa girdim, Nə bağ bildi, nə də bağban. (Xalq mahnısı)
* Eyni sadə sifətin təkrarı ilə: şirin-şirin, ağır-ağır, xəfif-xəfif. Güllü don tikərəm, alıb geyərsən, Sən də şirin-şirin qoğal yeyərsən. (S.V.)
* Eyni sayın təkrarı ilə: bir-bir, beş-beş, iki-iki və s.
Ötən günlərimiz keçildi bir-bir,
Vüsal çağlarımız seçildi bir-bir,
Məhəbbət vərəqim açıldı bir-bir
Naxışın yadıma düşdü, darıxdım. (X. Bayraməli)
* Təqlidi sözlərin təkrarı ilə: par-par, şırıl-şırıl, pırıl-pırıl... Quşlar uçur yuvalarda pırıl-pırıl,Navalçalar şırıldayır şırıl-şırıl. (M. Müşfiq)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin