Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə84/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   189
2019-04-25 12-07-55

    Bu səhifədəki naviqasiya:
  • -acaq2
Gələcək zaman. Keçmiş zamanda olduğu kimi, bu zaman anlayışının meydana çıxmasında da indiki zaman əsas meyar olaraq qalır. Gələcək zaman nə vaxtsa icra olunacaq və ya olunmayacaq iş, hal və hərəkətin əvvəlcədən xəbər verilməsini bildirir. Gələcək zaman işin icrasının qəti və qeyri-qətiliyinə görə iki yerə ayrılır. Qəti gələcək zaman gələcəkdə qəti şəkildə icra olunacaq və olunmayacaq işin vaxtı ilə həmin iş barəsində xəbər verilən vaxt arasındakı zamanı əhatə edir. Felin bu zamanında işin icrası gələcəkdə qəti şəkildə yerinə yetirilir: alacaq, gələcək və s.
Bu zamana xas olan xüsusiyyətlər aşağıdakılardır:
1. -acaq2 şəkilçisi ilə yaranır.
2. Bütün şəxslər üzrə dəyişir:
Tək Cəm
Mən alacağam Biz alacağıq
Sən alacaqsan Siz alacaqsınız
O alacaq Onlar alacaqlar
3. Qəti gələcək zaman iş, hal və hərəkətin gələcəkdə icra olunacağına kinayə, istehza münasibəti bildirir: Sən elə bilirsən ki, həmişə vəzifədə qalacaqsan, qapında maşın dayanacaq, qulluqçular xidmətində duracaq?
4. Üslubla bağlı olaraq bu zaman felin əmr şəklini əvəz edə bilər. Məsələn, Siz sağalmayana qədər heç yerə getməyəcəksiniz (getməyin).
5. Qəti gələcək zamanın inkarında olan feil indiki zamanın inkarını ifadə edə bilir. Məs.: Bu saat get, üzr istə. –Getməyəcəyəm, istəməyəcəyəm (getmirəm, istəmirəm).
6. Cümlədə bir neçə qəti zaman iştirak etdikdə əvvəlkilərdə şəxs şəkilçiləri ixtisar edilə bilər. Bu xüsusiyyət digər zamanlara da aiddir.
7. -acaq2 şəkilçisi omonimdir: a) feildən isim yaradır–qanacaq, çapacaq və s.;
b) feli sifət şəkilçisidir – yazılacaq əsər, alınacaq hədiyyə və s.
Qeyri-qəti gələcək zaman. Bu zaman gələcəkdə qeyri-qəti şəkildə icra olunacaq işin zamanı ilə həmin iş barəsində məlumat verilən zamanı əhatə edir. Qeyri-qəti gələcək zamana məxsus xüsusiyyətlər aşağıdakılardır:
1. -ar,-ər şəkilçisi ilə formalaşır.
Ağlama, can bala, qayıdar atan,
Rəhm edər bizə də bizi yaradan.
Güllü don tikərəm, alıb geyərsən,
Sən də şirin-şirin qoğal yeyərsən (S.V.)
2. Bütün şəxslər üzrə dəyişir:
Tək Cəm
Mən yazaram Biz yazarıq
Sən yazarsan Siz yazarsınız
O yazar Onlar yazarlar
3. Qeyri-qəti gələcək zaman təkcə qeyri-qəti gələcək zamanı deyil, digər zamanları da əhatə edə bilir. Bu, əsasən, ümumi şəxsli cümlələrdə, atalar sözü və məsəllərdə özünü daha çox büruzə verir. Məs.: İnsanı qəm çürüdər, paltarı nəm. Dəm dəm gətirər, qəm də qəm. Cücəni payızda sayarlar. Arvadı əri saxlar, pendiri dəri. (A.sözü)
4. Qeyri-qəti gələcək zaman bəzən assimilyasiya və eliziya hadisəsinə uğrayır: gələrəm – gəlləm, alaram – allam. Məsələn:
Toyda alma atallar,
Barmaq üstə tutallar,
Mən nadanam, bilmirəm,
Yarı necə tutarlar?
(Bayatı)
Əzizim, mən də gəlləm,
Su ollam, bəndə gəlləm.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin