Məlumatverici (informativ) funksiya müəllim və şagirdlər arasında dərketmə - öyrənmə xarakterli informasiya mübadiləsinə xidmət edir.
Sosial – perseptiv funksiya müəllimin şagirdi dinləyib başa düşmək bacarığında (xüsusi perseptiv səviyyə) və tərbiyə etdiyi uşağa xüsusi həssaslıqla yanaşma bacarığında (empatik səviyyə) təzahür edir.
Özünütəqdimetmə funksiyası həm şagirdə, həm də müəllimə özünü ifadə etməkdə köməklik göstərir.
Pedaqoji ünsiyyətdə interaktiv funksiya obrazların, ideyaların, hərəkətlərin mübadiləsi və öz ideyalarını, öz fikirlərini, baxışlarını müdafiə etməsi zamanı meydana çıxır. Müəllim çalışmalıdır ki, şagirdə başqalarının fikirlərinə hörmətlə yanaşmağı, mübahisə mədəniyyətini, diskussiya vərdişlərini öyrətsin.
Affektiv funksiya affektin nəzarətə alınmasında, emosional stimullaşdırmada, gərginliyin aradan qaldırılmasında, psixoloji komfort yaradılmasında meydana çıxır.
Ünsiyyətin etik funksiyaları bunlardır:
uşağın ünsiyyətə cəlb edilməsi – ünsiyyətə maraq yaratmaq, psixoloji sıxıntını aradan qaldırmaq, naməlum olandan qorxunu aradan qaldırmaq; uşağı istədiyi kimi ünsiyyətə girməyin mümkünlüyünə inandırmaq (əlbəttə, əxlaqi normalar daxilində), müəllimin ona müsbət münasibətdə olduğuna inandırmaq.
uşağın ünsiyyət prosesinin iştirakçısı olmasına şərait yaratmaq – bu funksiya uşağın ünsiyyətə qoşulma cəhdini bəyənmək, bu işdəki bəzi çətinlikləri öz üzərinə götürmək, onun daxili aləminə maraq göstərmək məqsədlərinə xidmət edir.
uşağı ünsiyyət prosesində “göylərə qaldırmaq, yüksəltmək” – ünsiyyət zamanı etik mədəniyyətin səviyyəsini yüksəltmək üçün daha üstün keyfiyyətlər qazana biləcəyinə həvəsləndirməkdir.
Pedaqoji ünsiyyətin səmərəli olması üçün pedaqoq bunları bilməlidir:
ünsiyyətin qanunauyğunluqlarını;
ünsiyyətin quruluşunu, kommunikativ, interaktiv və perseptiv funksiyaları reallaşdırmağın xüsusiyyətlərini;
ünsiyyəti və şəxsiyyətlərarası münasibətləri öyrənməyin metodikasını;
pedaqoji və şəxsiyyətlərarası ünsiyyyətin təşkilinə verilən əsas psixoloji-pedaqoji və etik tələbləri.
Pedaqoqun etik şüurunun formalarından biri pedaqoji ünsiyyətin əxlaqi prinsipləridir. Bu prinsiplərə aşağıdakıları aid etmək olar:
zor işlətməmək (uşağın özü kimi olmaq hüququ);
qarşılıqlı münasibətlərdə bərabərlik;
şagirdin dərketmə əməyinə hörmət;
çağırdın uğursuzluğu və qüssələnməyinə hörmətlə yanaşmaq;
inkişafın ləng getməsinə sayqı ilə yanaşmaq;
şagirdin təbiiliyinə sayğı;
tərbiyəçinin uşağa sözsüz sevgisi;
optimal hörmət və tələbkarlıq;
nikbinlik;
mübahisəli məsələlərdə kompromis.
Pedaqoji ünsiyyətin optimal təşkili nəticəsində bir sıra psixoloji-pedaqoji məsələləri həll etmək mümkündür:
Ümumiyyətlə ünsiyyət zamanı.
şagirdlərin şəxsi xüsusiyyətlərindən maksimum istifadə etmək mümkün olur;
şagird kollektivinin məqsədəuyğun idarə olunması asanlaşır;
daha yaxşı mikroiqlim yaranır.
Optimal pedaqoji ünsiyyət zamanı.
davranış və fəaliyyətin motivləşdirici əsasını inkişaf etdirir;
müxtəlif fəaliyyət növlərinə yaradıcı münasibət formalaşdırır;