Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ


Pedaqoqun ünsiyyət stili və onun uşağın təlimi, tərbiyəsi və şəxsiyyətinin inkişafına təsiri



Yüklə 95,49 Kb.
səhifə18/35
tarix17.09.2022
ölçüsü95,49 Kb.
#63746
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   35
PNT-magistr-I-kursFənn-PEDAQOJI-ETIKA-İ.Əliyev

Pedaqoqun ünsiyyət stili və onun uşağın təlimi, tərbiyəsi və şəxsiyyətinin inkişafına təsiri.

Ünsiyyət stili. Pedaqoq tərəfindən stabil olaraq şagirdlərə göstərilən təsir üsullarının toplusu deməkdir. Müəllimin şagirdlərlə ünsiyyət stili sosial və əxlaqi kateqoriyadır. Bir çox amillərin təsiri ilə formalaşan stil aşağıdakılardan asılıdır:

  • insanın psixi imkanlarından;

  • onun maraqlarından;

  • təhsil və mədəni səviyyəsindən;

  • ən yaxın sosial əhatəsindən (ailə, dost);

  • pedaqoq kimi formalaşmasında rolu olan digər nüfuzlu şəxslərdən.

Adətən, ünsiyyətin üç əsas stilini müəyyənləşdirirlər: avtoritar, demokratik, liberal.
Avtoritar stil.

  • Şagirdə ünsiyyət zamanı bərabərhüquqlu tərəfdaş kimi deyil, pedaqoji təsir obyekti kimi baxmaq;

  • uşaq kollektivinin həyatını normativ davranış qanunları əsasında qurmaq;

  • kollektivin idarəedilməsində bütün funksiyaları öz əlinə almaq;

  • humanist pedaqogikanın imkanlarında elastikliyin və inamın olmaması;

  • əmr, təlimat, töhmət, hədə, təşəkkür kimi təsir metodlarına üstünlük verilməsi.

Avtoritar stil nəticəsində uşaqlar daim narahatçılıq hiss edir; öz qüvvələrini təlim prosesinə deyil, müəllimdən psixoloji müdafiəyə sərf edir; kollektivdə inam hissi zəifləyir.
Liberal stil.

  • müəllim pedaqoji əməyə zəif uyğunlaşır.

  • qərar qəbul edərkən inamsızlıq, qeyri-mütəşəkkillik, iradəsizlik göstərir;

  • tərbiyə prosesinin təşkilinə lazımi səviyyədə təsir göstərə bilmir.

  • lazımi tələbkarlıq göstərmir.

Nəticədə sinifdə bir-birinə kin, paxıllıq bəsləyən qruplaşmalar yaranır, kollektivdə vahidlik olmur, şagirdlər arasında ünsiyyətə həvəs itir
Demokratik stil.

  • məktəbdə təlim-tərbiyə prosesinin təşkili üçün daha məqsədəuyğundur;

  • yüksək pedaqoji ünsiyyət mədəniyyəti (şagirdlərdə məsuliyyət, doğruçuluq, xeyirxahlıq kimi keyfiyyətləri qiymətləndirmək);

  • şagirdin maraq və meyllərini, qabiliyyətlərini öyrənməyə cəhd göstərmək;

  • şagirdlərin problemlərini, əhvallarını nəyə səy göstərdiklərini anlamağı bacarmaq;

  • rəğbətləndirmə, inandırma, səmimi irad kimi metodlardan istifadə etmək.

Nəticədə uşaqlarda özünəinam, düzgün əxlaqi məqsədlər yaranır; kollektivdə sağlam psixoloji iqlim formalaşır, şagirdlər bir-birinə xoş münasibət bəsləyirlər.
Ünsiyyət stillərinin daha bir maraqlı təsnifatı O.Boçarovaya məxsusdur:

  • “Birgə yaradıcılıq” stili. Bu ünsiyyət stili zamanı pedaqoq və şagirdlər ümumi məqsədi birgə səyləri ilə həll edərək paritet (eyni, bərabər) vəziyyətdə olurlar.

  • “Dostluq şəraitli” stil. Bu stilin əsasında şagird şəxsiyyətinə və ümumiyyətlə bütövlükdə sinifə səmimi maraq və hörmət durur. Amma bu stil zamanı pedaqoq müəyyən yaxınlıq həddini gözləməlidir.

  • “Zarafatlaşmaq” stili. Daha çox mənfi nəticələr doğura biləcək stildir və adətən gənc müəllimlər tərəfindən istifadə edilir. Bu stil pedaqoji etikanın tələblərinə əks olan yalançı nüfuz yaratmağa aparır.

  • “Məsafə gözləmək” stili.

  • “Mentor” stili, “Qorxu” stili. Ünsiyyətin neqativ formalarıdır. Bir şeyi zorla qəbul etdirmək quru nəsihətlər, qorxutmaq ünsiyyətdə yaradıcı mühiti dağıdır.

Müəllimlə şagirdlər arasında ünsiyyətin mürəkkəbliyini hər hansı bir stildən ayrıca istifadə etməklə aradan qaldırmaq olmaz. Bunun üçün ünsiyyət zamanı pedaqoji etikanın incəliklərinə bələd olan pedaqoq konkret real şəraitdən çıxış etməlidir.


  1. Yüklə 95,49 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin