Pedaqoqun əxlaqi şüurunun strukturuna bunlar daxildir:
əxlaqi (etik) baxışlar;
əqidə (ideallar);
əxlaqi hisslər.
Pedaqoqun əxlaqi baxışları təlim-tərbiyə prosesində müəllimin şagirdlərlə qarşılıqlı təsir qaydaları, norma və tələblərini əhatə edən kompleksdir. Pedaqoqun etik baxışları bir sıra etik kateqoriyaları özündə birləşdirir.
uşaqlıq, yeniyetməlik və gənclik idealları;
müəllimlə şagirdlər arasında dialoqun prinsipləri;
öz peşə borcunu dərk etmək;
şərəf, ləyaqət, müəllim vicdanı anlayışları barədə əqidəyə malik olmaq.
Pedaqoqun əqidəsi (idealları) Əqidə şəxsiyyətin şüurunun, özünüdərkinin mərkəzi elementidir. Əqidə insanın qazandığı biliklərin, həyati baxışların, prinsiplərin, idealların həqiqiliyinə, düzgünlüyünə dair inamı deməkdir. Öz mahiyyəti etibarilə üç komponenti əhatə edir:
idrakı komponent (haqqında bəhs edilən mövzuya dair dərin biliklərə malik olma);
emosional motivləşdirici komponent (bu biliklərə münasibət);
iradi komponent (öz istəklərinə və biliklərinə uyğun olaraq fəaliyyətə hazır olmaq).
Öz pedaqoji əqidəsinə arxayın olmayan pedaqoq uşaq şəxsiyyətini lazımi səviyyədə formalaşdıra bilməz.
Pedaqoqun əxlaqi hissləriinsanların, eləcə də şəxsin özünün davranışının əxlaqi normalar baxımından düzgün olub-olmadığı haqda həyəcan keçirməkdir. Əxlaqi hisslərə aiddir: simpatiya – antipatiya, məhrəmlik – yadlıq, hörmət – lənət, sevgi – nifrət. Əxlaqi hisslər pedaqoqun əxlaqi şüurunun bir hissəsidir. Pedaqoji prosesin obyekt və subyektinə qarşı əxlaqi hisslər şəxsi münasibətli olur.
Pedaqoqun əsas əxlaqi hissləri bunlardır:
uşaqlara sevgi;
uşağın həyatı, sağlamlığı, inkişafı üçün məsuliyyət;