Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ



Yüklə 95,49 Kb.
səhifə12/35
tarix17.09.2022
ölçüsü95,49 Kb.
#63746
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   35
PNT-magistr-I-kursFənn-PEDAQOJI-ETIKA-İ.Əliyev

Əxlaqi şüurun strukturu.

Pedaqoqun əxlaqi şüurunun strukturuna bunlar daxildir:

  • əxlaqi (etik) baxışlar;

  • əqidə (ideallar);

  • əxlaqi hisslər.

Pedaqoqun əxlaqi baxışları təlim-tərbiyə prosesində müəllimin şagirdlərlə qarşılıqlı təsir qaydaları, norma və tələblərini əhatə edən kompleksdir. Pedaqoqun etik baxışları bir sıra etik kateqoriyaları özündə birləşdirir.

Pedaqoqun əqidəsi (idealları)
Əqidə şəxsiyyətin şüurunun, özünüdərkinin mərkəzi elementidir. Əqidə insanın qazandığı biliklərin, həyati baxışların, prinsiplərin, idealların həqiqiliyinə, düzgünlüyünə dair inamı deməkdir. Öz mahiyyəti etibarilə üç komponenti əhatə edir:

  • idrakı komponent (haqqında bəhs edilən mövzuya dair dərin biliklərə malik olma);

  • emosional motivləşdirici komponent (bu biliklərə münasibət);

  • iradi komponent (öz istəklərinə və biliklərinə uyğun olaraq fəaliyyətə hazır olmaq).

Öz pedaqoji əqidəsinə arxayın olmayan pedaqoq uşaq şəxsiyyətini lazımi səviyyədə formalaşdıra bilməz.
Pedaqoqun əxlaqi hissləri insanların, eləcə də şəxsin özünün davranışının əxlaqi normalar baxımından düzgün olub-olmadığı haqda həyəcan keçirməkdir. Əxlaqi hisslərə aiddir: simpatiya – antipatiya, məhrəmlik – yadlıq, hörmət – lənət, sevgi – nifrət. Əxlaqi hisslər pedaqoqun əxlaqi şüurunun bir hissəsidir. Pedaqoji prosesin obyekt və subyektinə qarşı əxlaqi hisslər şəxsi münasibətli olur.
Pedaqoqun əsas əxlaqi hissləri bunlardır:

  • uşaqlara sevgi;

  • uşağın həyatı, sağlamlığı, inkişafı üçün məsuliyyət;

  • təmkin;

  • xeyirxahlıq;

  • uşaq şəxsiyyətinə hörmət və inam.


Yüklə 95,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin