Tərbiyə metodları çoxdur. Pedaqogikada metodların təsnifatında vahidlik
olmasa
da, bu məsələdə ümumi bir meyl vardır.
Alimlərin böyük qismi
tərbiyə metodlarının
təsnifatında
məntiqi əsas kimi tərbiyənin psixoloji
amillərindən və fəaliyyətin
bütövlüyü prinsipindən çıxış edirlər.
Tərbiyə prosesinin psixoloji təhlili göstərir ki, insanın fəaliyyəti müəyyən
psix-
oloji amillərlə
bağlıdır: bizim fəaliyyətimiz şüurun, iradə və adətlərin, habelə hiss-
lərin məhsuludur.
İnsan şəxsiyyəti göstərilən psixoloji amillərin kompleksi ilə formalaşır: ideya
ağıl və ürəklə
birləşdikdə qəlbin sərvətinə, güclü stimula çevrilə bilər.
Beləliklə, insana
hərtərəfli təsir
və
fəaliyyətin tamlığı
prinsipindən çıxış edərək,
tərbiyə metodlarını dörd qrupa bölmək olar (bax: cədvələ):
1. Şüuru formalaşdıran metodlar
2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar
3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar
4. Tərbiyədə nəzarət və özünənəzarət metodları
Hər bir metodun
özünəməxsus xüsusiyyətlərini, şəxsiyyətə təsir imkanlarını
qabarıq göstərmək üçün onları ayrılıqda nəzərdən keçirmək lazım gəlir.
Dostları ilə paylaş: