Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

2. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu
24


İnsan şəxsiyyəti bir çox amillərin təsiri və qarşılıqlı fəaliyyətinin nəticəsi kimi
formalaşır. Bu prosesdə bioloji və sosial amillərin özünə məxsus rolu vardır.
Bioloji amilin rolu
. İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət
qanunu ona öz təsirini göstərir. İrsən fiziki əlamətlər (sifət quruluşu, gözün və saçın
rəngi və s.), habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, hiss orqanları, baş beynin
xüsusiyyətləri, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir. Bütün bunlar
gələcəkdə insanın xüsusiyyətlərinin, qabiliyyətlərinin, o cümlədən zehni qabiliyyət-
lərinin inkişafı üçün zəmin yaradan təbii imkanlardır. Bu imkanlar orqanizmin inki-
şafı üçün ilkin şərtlərdir, lakin şəxsiyyətin formalaşması üçün həlledici amillər de-
yildir. İnsanın inkişafının sosial şəraitindən asılı olaraq irsi imkanlar şəxsiyyətin
müvafiq qabiliyyətlərinin və psixi keyfiyyətlərinin inkişafı üçün əlverişli zəmin ola
bilər və ya heç üzə çıxmaya da bilər. Hər şey insanın düşdüyü şəraitdən, sosial
mühitdən, aldığı təhsil və tərbiyədən asılıdır.
İrsi informasiyaların daşıyıcıları genlərdir. Genlərlə hazır qabiliyyətlər ötürülür-
mü? Bəzi empirik faktlar əsasında qabiliyyətlərin irsən keçməsi haqda müəyyən
rəylər irəli sürülür. Məsələn, dünya şöhrətli bəstəkarlardan Baxın 16, Ü.Hacıbəylinin
4 nəslinin öyrənilməsi əsasında bu nəsillərdə çoxlu musiqiçi olduğu müəyyən
edilmişdir. Lakin bu fikri təkzib edən digər faktlar da vardır. Belə ki, A.S.Puşkinin
256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və yazıçı olmamışdır.
İnsanın təbii imkanları dəyişməz deyildir. Onlar həyat şəraitinin, tərbiyə və
mühitin təsiri ilə dəyişə bilər.
Mühitin rolu
. İnsan bioloji varlıq olmaqla yanaşı, həm də sosial varlıqdır. O,
müəyyən mühitdə doğulur və böyüyür. Buna görə də istər-istəməz həmin mühitin
təsirinə məruz qalır. “Mühit” anlayışı məzmunca geniş olub, insana təsir göstərən xa-
rici amillər sistemini – insanın həyat və fəaliyyəti üçün zəruri olan təbii və ictimai şə-
raiti əhatə edir.
Mühit insana müsbət və ya mənfi təsir göstərə bilər. İnsanlar üçün yaradılan
əlverişli mənzil-məişət şəraiti, mədəni-maarif, təhsil və sağlamlıq ocaqları, əmək və
istirahət şəraiti, insanların bir-birini münasibətləri şəxsiyyətin inkişafına güclü təsir
25


göstərən sosial mühit amillərinə daxildir.
Mühit dedikdə, həm təbii-coğrafi, həm də sosial mühit başa düşülür. 
Təbii – coğ-
rafi mühitə
insanı əhatə edən atmosfer, biosfer, hidrosfer, habelə müxtəlif növ fiziki
amillər, istilik, maqnit, kosmik təsirlər daxildir. İnsanın fiziki, əqli, estetik inkişafında
hava, günəşi, su, iqlim, relyef, bioloji ritm təsirsiz qalmır.
İnsanın şəxsiyyət kimi formalaşmasına 
sosial mühit
daha çox təsir göstərir. So-
sial mühit iki cürdür: mikro- və makromühit. Mikromühit insanı bilavasitə əhatə edən
mühitdir (ailə, məktəb, əmək, məhəllə, yoldaşlıq mühiti). Makromühit isə cəmiyyət
həyatıdır, geniş sosial mühitdir. İnsanın inkişafına hər iki mühit güclü təsir göstərir.
Kiçik yaşlarda mikromühitin təsiri böyükdür. Körpəlikdən heyvan sürüsünə düşən
uşaqların həmin heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur.
Mikromühit geniş sosial mühitin tərkib hissəsidir. Cəmiyyətdə gedən proseslər
ailədə, məktəbdə, əmək kollektivlərində də özünü göstərir. Cəmiyyətin demokratik
xarakteri, hüququn aliliyi, ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhəmiy-
yətə malikdir. Valideynlərdən biri məşhur fizik Pifaqordan soruşmuşdu: “Övladımı,
tərbiyəli böyütmək üçün mən nə etməliyəm?” Böyük alim demişdi: “Əgər övladınız
ədalətli cəmiyyətdə yaşayarsa, heç nədən narahat olmayın, əks halda verdiyiniz
tərbiyənin də müsbət nəticəsi olmayacaq”.
İnsan şəxsiyyətinin formalaşmasında mikro- və makromühitlə yanaşı 
mezamühit
(etnomədəni amillər, yaşayış məskəninin tipi, kütləvi kommunikasiya vasitələri) də
mühüm rol oynayır.
Cəmiyyət həyatı, onun maddi və mənəvi sərvətli tərbiyə işində həlledici şərtdir.
Şəxsiyyətin tələbatlarını, mənəvi sərvətlərini də cəmiyyət müəyyən edir.
Mühitin insana təsirini mütləqləşdirmək olmaz; mühit insanın inkişafını öz-özü-
nə, mexaniki surətdə müəyyən etmir. Mühitin təsirləri insanın özünün inkişaf səviy-
yəsindən, psixoloji xüsusiyyətlərindən asılı olaraq dəyişilir. Eyni mühitdə (ailədə,
məhəllədə) yaşayan, eyni məktəbdə oxuyan bacı və qardaşların fərqli inkişafı bununla
izah edilə bilər.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin