Stimullaşdırıcı funksiya
– tələbəni müxtəlif yollarla təhsilə təhrik etməyi və
istiqamətləndirməyi nəzərdə tutur. Başlıca amil tələbədə
mənəvi tələbatların forma-
laşdırılmasıdır
. Elmi biliklərə yiyələnmək daxili tələbatdan doğduqda daha səmərəli
nəticələr əldə etmək mümkündür. Təhsilin çətin məqamlarında
müəllim
tələbələri
(şagirdləri) hədələməklə, əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə
qorxutmamalı,
əksinə, onlarda inam və ümid qığılcımları oyatmalıdır
.
Hər sahədə olduğu kimi, təhsildə də motivlər emosiyalarla sıx bağlıdır.
İstənilən
işə maraq, meyl yaratmaq üçün bu iş insanda müsbət emosiyalar doğurmalıdır
. Mən-
fi emosiyalar (qorxu, inamsızlıq, təşviş, həyəcan) işə, təlimə səyi azaldır. Müəllimin
xoş sözü, tərifi, müsbət rəyi, inamı, çətin anda köməyə gəlməsi tələbəyə sanki qüvvət
verir, onu daha yaxşı oxumağa ruhlandırır.
Elmi-tədqiqatçılıq funksiyası
ali məktəb müəllimi üçün daha spesifik funk-
siyadır. Orta məktəbdən fərqli olaraq ali məktəbdə elm tədris olunur,
müəllim
də elmi
tədris edən
alimdir
, eyni zamanda müəyyən elmi problem üzərində işləyən tədqi-
qatçıdır. Elmi-tədqiqat işinin nəticələrini tədris prosesinə tətbiq etməklə müəllim
tədrisin keyfiyyətini yüksəltməyə, tələbələrdə elmə marağın güclənməsinə şərait
yaratmış olur.
Müəllimin funksiyaları onun hüquq və vəzifələrindən ayrılmazdır.
Dostları ilə paylaş: