IV mühazirə
Pedaqoji prosesdə müəllimin rolu. Ali məktəb müəllimi
Plan:
1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu. Müəllimlik işinin xüsusiy-
yətləri.
2. Ali məktəb müəlliminin funksiyaları,
hüquq və vəzifələri
3. Müəllimin peşə
qabiliyyətləri
4. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı
1.
Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu.
Müəllimlik işinin xüsusiyyətləri
Gənclərin təlim-tərbiyəsində, yüksək hazırlıqlı mütəxəssislər kimi yetişməsində
müəllim çox
böyük rol oynayır
. Cəmiyyətin, millətin
gələcəyi, müəyyən mənada,
müəllimin əlindədir. Millət məktəbdən, müəllimdən başlanır. Deyirlər ki, bir milləti
məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri
milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim
kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir.
Müəllim cəmiyyətdə aparıcı qüvvədir. O, yaşlı nəslin
təcrübəsini gənc nəslə
verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi gü-
nəşə, bağbana, mühəndisə, heykəltəraşa, sərkərdəyə, həkimə bənzətmişlər. Çünki o,
günəş kimi insanlığa mənəvi həyat verir; bağban kimi uşaq və gənclərə daim qayğı
göstərir; mühəndis kimi insan qəlbinin layihəsini cızır; heykəltəraş kimi gənc qəlbi və
ağlı cilalayır; sərkərdə kimi cahilliyə, vəhşiliyə, şərə qarşı amansız mübarizə aparır;
həkim kimi millətin mənəvi sağlamlığı keşiyində durur.
Cəmiyyətdə olduğu kimi,
məktəbdə də müəllim böyük qüvvədir
. Gənc nəslin
bilik
və tərbiyə səviyyəsi, ağlının və qəlbinin formalaşması, ilk növbədə, müəllimdən,
onun peşə-ixtisas və vətəndaşlıq keyfiyyətlərindən asılıdır.
Pedaqoji fəaliyyəti
düzgün qurmaq üçün
Dostları ilə paylaş: