Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

pedaqoji ünsiyyətin
düzgün qurulması böyük əhəmiyyət kəsb edir. Tələbə şəx-
siyyəti, fəaliyyətin bir sahəsi kimi, həm də ünsiyyət prosesində formalaşır. De-
mokratik üslubda qurulan pedaqoji ünsiyyətin tərbiyəvi təsiri daha güclüdür. Müəllim-
tələbə münasibətləri 
əməkdaşlıq prinsipinə
uyğun qurulmalıdır: müəllim tələbəyə şəx-
siyyət kimi, gələcək mütəxəssis kimi baxmalı, etibar etməli, qayğı və diqqətlə, hörmət
və tələbkarlıqla yanaşmalı, yüksək pedaqoji məharət, müsbət nümunə göstərməli, hər
işdə ədalətli olmalıdır.
Tələbə gənclərin şəxsiyyətinin inkişafında
tələbə kollektivi
də güclü təsir
göstərir: kollektiv tələbələrdə qarşılıqlı münasibətlərin, kollektivçilik hissinin forma-
laşmasına, şəxsi və ictimai maraqların uzlaşdırılmasına imkan verir. Kollektivin
32


ictimai rəyi, qəti tələbi böyük tərbiyə gücünə malikdir. Tələbələr kollektivin rəyinə
həssaslıqla yanaşır və ona ciddi reaksiya verirlər, onunla hesablaşırlar.
Buna görə də tələbə qruplarında sağlam ictimai rəyin formalaşmasına, onun ay-
rı-ayrı neqativ hallara qarşı yönəldilməsinə, haqqın, düzlüyün, ədalətin müdafiəsinə,
kollektivdə səmimi münasibətlərin yaranmasına yönəltmək çox vacibdir. 
Gənclərin zehni, ideya-mənəvi tərbiyəsinə təsir edən amillər sırasında tələbə-
lərin 
elmi biliklərə, bəşəri və milli dəyərlərə dərindən yiyələnməsi, müntəzəm şə-
kildə özünütəhsillə, mütaliə ilə 
məşğul olması önəmli yer tutur. Elmlərə, bəşəri və
milli dəyərlərə yiyələndikcə gənclər zehni və mənəvi cəhətdən zənginləşir. Özünü-
təhsil və onun ən mühüm yolu olan müstəqil mütaliə gənclərin həm zehninə, həm də
mənəvi aləminə güclü təsir edir: özünütəhsil və özünütərbiyə kitabdan başlanır; bun-
suz insanı mənəvi boşluq gözləyir. Tələbə bu halda mədəni adamın ən yüksək səa-
dətindən – kitabla ünsiyyətdə olmaq, intelektual və estetik zövq almaq səadətindən
məhrum olur.
Burada başlıca qüvvə – müəllimdir; tələbələrdə biliyə, kitaba həvəs atəşini yan-
dıran ilk qığılcım – müəllimin dərin biliyi, erudisiyası, mütaliəsi, görüş dairəsi, mə-
dəniyyəti və şəxsi ziyalı nümunəsidir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin