dır?” suallarından daha çox “Nə üçün?”, “Nə ilə fərqlənir?”, “Hansı fikir düzgün-
dür?”, “Sən bu haqda nə fikirləşirsən?” və s. bu kimi suallara müraciət etməklə təlim
materiallarının şüurlu mənimsənilməsinə, müstəqil və tənqidi təfəkkürün inkişafına
şərait yaratmış olur.
Hər bir müəllim öz fənni daxilində tələbələrdə özünütəhsil tələbatı tərbiyə etmə-
lidir. İlk növbədə,
müəllim tələbələr üçün dərin bilik, geniş erudisiya, ağıl, intellekt
,
elmi maraqların zənginliyi
nümunəsi
olmalıdır. V.A.Suxomlinskinin təbirincə desək,
əgər müəllim tək bircə gün öz intellektual inkişafından qalarsa, o, yetirmələri üçün
bilik məşəli olmaqdan məhrum olacaqdır.
Tərbiyedici funksiya
bütün vasitələrlə – təhsilin məzmunu, təşkili prosesi, me-
tod və priyomlarla tələbələrdə mütəxəssis üçün zəruri olan fərdi və peşə keyfiyyət-
lərinin formalaşmasına, onların yetkin şəxsiyyət kimi inkişafına kömək göstərməkdə
ifadə olunur. Ali məktəb müəllimi hansı elmi tədris etməsindən asılı olmayaraq hər
şeydən əvvəl, tərbiyəçidir.
Ən başlıcası isə, ali məktəb müəllimi, bir ziyalı kimi, öz şəxsiyyəti ilə tələbələr
üçün
tərbiyə nümunəsi olmalıdır, çünki şəxsiyyət – şəxsiyyətlə, vicdan – vicdanla,
inam – inamla, düzlük – düzlüklə tərbiyə olunur
.
Tərbiyə funksiyası bir çox vasitələrlə, o cümlədən
müəllim-tələbə münasibətlə-
rinin düzgün qurulması
yolu ilə reallaşır. Müəllim tələbəni bir şəxsiyyət kimi qəbul
etməli, onunla
şəxsiyyət kimi rəftar etməli, onda
şəxsi ləyaqət, özünəhörmət
hisslərini formalaşdırmağa
, onu özünətərbiyəyə cəlb etməyə çalışmalıdır. Əsl tərbiyə
– insanı özünütərbiyəyə sövq etməkdir.
Dostları ilə paylaş: