Konstruktiv qabiliyyətlər
– müəllimin özünün və tələbələrin fəaliyyətini
layi-
hələşdirmək
bacarıqlarında ifadə olunur. Bunun üçün təcrübəli müəllim tədris etdiyi
fənnin məqsəd və vəzifələrini, hansı biliklərin, bacarıq və vərdişlərin tələbələrə
aşılanacağını, onların hansı həcmdə və sistemdə, hansı vasitə və metodlarla keçilə-
cəyini müəyyənləşdirir, tələbələrlə aparılan bütün iş növlərini və formalarını (müha-
zirə, məşğələ, fərdi iş, elmi-tədqiqat işi, auditoriyadan kənar işlər və s.) planlaşdırır.
Ünsiyyət (kommunikativ) qabiliyyətləri
– adamlarla qarşılıqlı münasibət ya-
39
ratmaq bacarığında ifadə olunur. Bu bacarıqlara yiyələnmiş müəllimlər tələbələrlə
düzgün ünsiyyət yarada bilir, tələbələrin və həmkarlarının hörmətini qazanır, təlim-
tərbiyə işində yüksək nəticələr əldə edirlər.
Ünsiyyət prosesində insanın başqa adamları qavraması və onlara münasibinin
xarakteri
bir çox amillərlə
bağlıdır. Aparıcı amillər kimi şəxsiyyətin dünyagörüşü,
əqidə və baxışları, tələbatlarının xarakteri və onların təmin olunması vəziyyəti, başqa
adamların onun üçün subyektiv əhəmiyyət kəsb etməsi (onun hansısa maraqlarının
ödənilməsində iştirakı) mühüm rol oynayır. Bu amillərdən, xüsusən tələbatların təmin
edilməsi vəziyyətindən asılı olaraq insan başqa adamlara fərqli (neqativ və pozitiv,
kəskin və sakit) münasibət göstərir. Neqativ şəxsiyyət tipli adamlarda sərtlik, kobud-
luq, kinlilik, qapalılıq və s. bu kimi keyfiyyətlər dominantlıq təşkil edir. Onlar başqa
adamlara, necə deyərlər, “qara eynəklə” baxır, onları mənfi planda qavrayır və onlara
mənfi emosional münasibət bəsləyirlər. Xeyirxah, həssas, səmimi, vicdanlı adamlarda
isə pozitiv tipli kommunikativ özək formalaşır. Belələri adamlara, “yaşıl eynəklə”
baxır, onları müsbət planda qavrayır və onlara müsbət emosional münasibət bəslə-
yirlər.
Neqativ və pozitiv ünsiyyət tipləri
müəllimlər içərisində də özünü göstərir
.
Xəstəliyi üzündən fərdi iş üçün tapşırığı yerinə yetirməyən tələbəyə müəllimlərdən
biri deyir: “Xəstəliyinin mənə dəxli yoxdur, tapşırığı sabah mütləq gətir, yoxsa sıfır
(0) bal yazacağam”. Digər müəllim isə başqa mövqedən çıxış edir: “Xəstələnib tap-
şırığı yerinə yetirmədiyin üçün çox heyfslənirəm. Amma imkan olanda tapşırığı ye-
rinə yetirərsən. Ehtiyac olsa, məndən məsləhət ala bilərsən”. Göründüyü kimi, iki
müəllim eyni vəziyyətə çox fərqli münasibət bildirir: birinci halda neqativ, ikinci
halda isə pozitiv ünsiyyət tipi özünü göstərir. Birinci müəllim tələbəyə sadəcə
tərbiyə
obyekti kimi
baxırsa,
ikinci müəllim ona tərbiyənin fəal subyekti kimi yanaşır, insanı
ali dəyər kimi qiymətləndirir və ona bu cür də münasibət göstərir
. Hər bir müəllim
özündə və tələbələrində insana münasibətdə humanist kommunikativ özək forma-
laşdırmağa çalışmalıdır. Belə olduqda müəllim tələbələrlə normal ünsiyyət qurur,
onun nüfuzu da yüksəlir.
40
Ünsiyyət qabiliyyətləri içərisində
Dostları ilə paylaş: |