verilmiş həyat isə xoşbəxtlikdir.
b) Müəllimlik
məsuliyyətli işdir
; çünki o, ən qiymətli kapital olan insanla işləyir;
bu işdə isə səhvə yol vermək olmaz.
c) Müəllimlik
çətin və mürəkkəb işdir
; çünki müəllimin fəaliyyət obyekti olan
insan
özü mürəkkəbdir, zəngin və incədir.
Pedaqoji fəaliyyətin çətinliyi həm də ondadır ki, müəllimin tərbiyə etdiyi
insan
dəyişkəndir
; bu gün zəif oxuyan, intizamsızlıq edən sabah düzələ bilər və ya əksinə.
Müəllim öz yetirmələrinin inkişafını izləməli, təhlil etməli, onları düzgün istiqamət-
ləndirməlidir.
ç) Müəllimlik
yaradıcı işdir
: çünki müəllim hazır göstərişlərlə işləyə bilməz.
Hər bir konkret halda qarşıya çıxan məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-
standart qərarlar qəbul etmək lazım gəlir. Bunun üçün müəllimdən müstəqil düşünmə,
yaradıcı təfəkkür tələb olunur.
Görkəmli rus pedaqoqu və psixoloqu P.P.Blonskinin
təbirincə desək,
həqiqi
müəllim
ensiklopedik lüğət yox, Sokrat olmalıdır.
Müasir dövrdə sadəcə bilikli
müəllim olmaq azdır; məktəbə yaradıcı, tədqiqatçı müəllim lazımdır.
Ali məktəb müəllimi pedaqoji fəaliyyətin xüsusiyyətlərini nəzərə almalı,
normativ tələblərlə özünün yaradıcılığını əlaqələndirməyi bacarmalıdır.
2. Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri
Ali məktəb müəlliminin fəaliyyətinin səmərəliliyi onun öz funksiyalarını yüksək
səviyyədə yerinə yetirməsi ilə sıx bağlıdır. Bu funksiyalara daxildir: təhsilverici,
tərbiyəedici,
inkişafetdirici, stimullaşdırıcı, elmi-tədqiqatçılıq funksiyaları.
Dostları ilə paylaş: