Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtləri



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

4. Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtləri
Tələbə şəxsiyyətinin inkişafında nəzərdən keçirilən ümumi amillərlə yanaşı, pe-
daqoji prosesə xas olan bir sıra 
spesifik amillər
də mühüm rol oynayır. Belə amillərə
daxildir:
- tələbənin şəxsi fəallığı;
- təlim-tərbiyə prosesinin düzgün təşkili;
- pedaqoji ünsiyyətin düzgün qurulması;
- tələbə kollektivinin təsiri;
- zehni biliklərin dərindən mənimsənilməsi;
31


- tələbənin özünütəhsilə, mütaliəyə cəlb edilməsi;
- bəşəri və milli dəyərlərin mənimsədilməsi;
- tələbələrin vaxt büdcəsinin səmərəli təşkili;
- ali məktəb müəlliminin şəxsi nümunəsi və s.
Şəxsiyyətin fəallığı
– tələbənin ümumi və psixi inkişafının vacib şərtidir. Şəx-
siyyət fəaliyyət prosesində formalaşır. Fəaliyyət özlüyündə insanın ətraf aləmə fəal
münasibətinin formasıdır. Tələbə təhsildə, əməkdə, yaradıcılıqda, ictimai işlərdə nə
qədər çox fəallıq göstərərsə, bir o qədər həmin sahələrdə uğur qazana bilər. 
Şəxsiyyətin keyfiyyəti – möhkəm
dayanıqlı motivlərlə dayanıqlı davranış for-
masının vəhdətinə
əsaslanır. Eyni bir davranış forması (məsələn, təlimə səylə yanaş-
maq) motivdən asılı olaraq müxtəlif keyfiyyət çaları kəsb edə bilər: tələbə borc his-
sinin təsiri ilə və ya müəllimin tərifini (yaxud yaxşı qiymət) qazanmaq naminə təlimə
səy göstərə bilər. Bunlar zahirən eyni forma olsa da, əslində şəxsiyyətin müxtəlif key-
fiyyətlərini ifadə edir. 
Təlim-tərbiyə işinin müvəffəqiyyəti
tələbənin şəxsi fəallığı ilə bilavasitə bağlıdır.
Tələbələrin yüksək səviyyədə təşkil olunmuş məqsədyönlü fəaliyyəti uğurlu tərbiyə-
nin də vacib şərtidir. Tələbə əmək, idman, elmi-texniki, bədii və ictimai-siyasi fəaliy-
yət prosesinə cəlb edilməklə şəxsiyyətin vacib keyfiyyətlərinə yiyələnir, ictimai təc-
rübə qazanır, həyatı və insan münasibətlərini öyrənir, mənəvi cəhətdən zənginləşir,
gələcək mütəxəssis kimi bir çox cəhətdən formalaşır. 
Tələbə şəxsiyyətinin formalaşmasına təsir edən amillər sırasında ünsiyyətin, xü-
susən 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin