Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə40/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Təlimin optimal təşkili prinsipi.
Bu prinsip məqsəddən və konkret şəraitdən
çıxış edərək, ən münasib (optimal) təlim variantı seçib tətbiq etməyi və mümkün olan
yüksək nəticəyə nail olmağı nəzərdə tutur.
Təlimin optimallaşdırılması şablon və stereotiplərdən uzaqlaşmağa, işə yaradıcı
yanaşmağa, qarşıda duran vəzifələrin optimal həlli yollarını tapmağa imkan verir. Bu
da yeni pedaqoji təfəkkürün mühüm şərtini təşkil edir.
Təlimin optimal təşkili prinsipi müxtəlif 
qaydalarla
həyata keçirilir:
- təlimin qarşısında duran vəzifələri (təhsil, tərbiyə və inkişaf) düzgün müəy-
yənləşdirmək;
- təlimin optimal məzmununu (nə öyrəniləcək, hansı sistemdə, hansı həcmdə,
hansı çətinlikdə və s.) müəyyənləşdirmək;
- konkret mövzu və auditoriya üçün optimal metodik variant seçib tətbiq etmək;
- nəticələri optimallıq baxımından (az vaxt və qüvvə sərf etməklə mümkün olan
yüksək nəticə əldə edilməsi) təhlil edib, öz işini qiymətləndirmək.
Müvafiqlik prinsipi.
Bu prinsip təlimi tələbələrin yaş və anlama səviyyəsinə,
gücünə uyğun qurmağı nəzərdə tutur. Təlim gücə uyğun olmadıqda tələbədə özünə
inamsızlıq baş qaldırır, müəllimin zəhməti, səyi hədər gedir. Bunun üçün elmi
informasiyaların həcmi, çətinliyi, mənimsənilmə tempi tələbələrin real təhsil im-
kanlarına uyğun qurulmalıdır.
Müvafiqlik prinsipi bir neçə 
qaydada
həyata keçirilir: a) asandan çətinə; b) mə-
lumdan məchula (məchulu məlum əsasında öyrətmək); c) ümumidən xüsusiyə (ob-
yekt haqqında ümumi təsəvvür verdikdən sonra onun xüsusi hallarına keçmək); ç)
sadədən mürəkkəbə (sadə məsələlərdən tədricən mürəkkəb məsələlərə keçmək).
Təlimdə fərdi yanaşma prinsipi.
Bu prinsip təlimdə tələbələrin fərdi xüsusiy-
yətlərini nəzərə almağı, hər kəsin inkişafı üçün əlverişli şərait yaratmağı və təlimdə
uğurlu fərdi cığırını tapmağı tələb edir. Təlimdə fərdi yanaşmanın
vacibliyi
onunla
bağlıdır ki, qrupdakı tələbələrin qüvvə və imkanları eyni deyildir: bəziləri təlim mate-
rialını tez qavrayıb uzun müddət yadda saxlaya bildikləri halda, başqaları gec öyrənib
tez də unudurlar. Müəllim bu göstəricilər üzrə hər bir tələbənin fərdi xüsusiy-
52


yətlərindən çıxış edərək təlimdə fərdi yanaşmanı həyata keçirir.
Bu prinsipin tətbiqində müxtəlif 
qaydalar
əsas götürülür:
- tələbələrin fərdi maraq və qabiliyyətlərini inkişaf etdirmək;
- fərdi fərqlərdən çıxış edərək tapşırıqları fərdiləşdirmək və diferensiallaşdırmaq;
- zəif və yaxşı oxuyan tələbələrlə onların səviyyələrinə uyğun iş aparmaq (fərdi
tapşırıqlar, əlavə məşğələlər, məsləhətlər və s.), müəllimin köməyini fərdiləşdirmək;
- fərdi tədris planı ilə təhsil alan tələbələrlə fərdi işi gücləndirmək.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin