Ali məktəbdə təlimin spesifik prinsipləri kimi bunları
qeyd etmək olar: a) təlimin peşə yönümlülüyü; b) təlimin elmi fəaliyyətdə əlaqələn-
dirilməsi; c) təlimdə kollektiv və fərdi işin əlaqələndirilməsi prinsipləri.
Həmin prinsipləri qısaca nəzərdən keçirək.
Təlimin peşəyönümlüyü prinsipi. Bu prinsip ali məktəbdə təlim prosesini öy-
rənilən peşəyə istiqamətləndirməyi nəzərdə tutur və belə bir
qanuna əsaslanır: ali
məktəbdə təlim prosesi nə qədər məqsədyönlü şəkildə peşəyə istiqamətləndirilirsə,
peşəyönümü ideyası bütün iş formalarına, tədris olunan fənlərə nə qədər çox nüfuz
edirsə, gənclərin bir mütəxəssis kimi hazırlıq səviyyəsi də bir o qədər yüksək olur.
Bu prinsip müəyyən didaktik
qaydalarla həyata keçirilir:
- ayrı-ayrı fənlərin məzmunu və imkanları çərçivəsində müxtəlif vasitə və me-
todlardan istifadə etməklə peşəyönümü işini həyata keçirmək;
- fənndaxili və fənlərarası əlaqələrdən peşəyönümü işində istifadə etmək;
- ali məktəbdə, fakültədə peşəyönümü mühiti yaratmaq;
- fakültədə fəaliyyət göstərən kafedralar arasında peşəyönümü işini əlaqələndirmək.
Təlimin elmi fəaliyyətlə əlaqələndirilməsi prinsipi . Bu prinsip ali məktəbdə
təlim prosesini elmi fəaliyyətlə vəhdətdə aparmağı nəzərdə tutur. Onun əsasında belə
bir
qanun durur: təlim və elmi fəaliyyət bir-birilə nə qədər düzgün və məqsədyönlü
şəkildə əlaqələndirilirsə, tələbələr elmi axtarışlara geniş cəlb edilirsə, mütəxəssis ha-
zırlığının keyfiyyəti bir o qədər yüksək olur.
Prinsipin reallaşması müəyyən
qaydalarla həyata keçirilir:
- tələbələri yeni elmi kəşflərlə, eləcə də elmin həll edilməmiş problemləri ilə
elmi metodlarla tanış etmək:
- tələbələri elmi problemlərin həllinə cəlb etmək;
- tədris prosesində elmi diskussiyalara geniş yer vermək;
- tələbələrin təlim işini elmi işlə sıx əlaqələndirmək;
- kafedraların elmi-tədqiqat işlərini mütəxəssis hazırlığının keyfiyyətini yük-
səltmək vəzifəsinə yönəltmək.