Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə45/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

təhsilin məzmununa dair
müxtəlif nəzəriyyələr
mövcud olmuşdur: maddi, formal
və dialektik təhsil nəzəriyyələri. 
Maddi təhsil nəzəriyyəsinə
görə, təlimin məqsədi tələbələrə həyatda lazım olan
bilik və bacarıqlar verməkdən ibarətdir. 
Formal təhsil nəzəriyyəsinə
görə, təlimin məqsədi ağlı, zehni qabiliyyətləri inki-
şaf etdirməkdir.
Göstərilən hər iki mövqe yanlış olub, təlimin əsas məqsədlərini bir-birinə qarşı
qoyur. Bu birtərəfli, metafizik nəzəriyyələrdən fərqli olaraq
dialektik təhsil nəzəriy-
yəsi
təlimin hər iki məqsədini vəhdətdə götürür: təlim həm bilik verməli, həm də
zehni qabiliyyətləri (ağlı) inkişaf etdirməlidir. Ali təhsilin məzmunu elə qurulmalıdır
ki, tələbələr elmi biliklərlə yanaşı, zehni qabiliyyətlərə, təfəkkür metodlarına da yiyə-
lənmiş olsunlar.
2. Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər
Ali təhsilin məzmunu müəyyən normativ sənədlərdə öz əksini tapır.
Təhsilin
məzmununu əks etdirən sənədlərə
 
daxildir: a) tədris planı; b) tədris proqramları; c) təhsil
proqramları (kurrikulumlar); ç) dərslik və dərs vəsaitləri.
Tədris planı 
– müəyyən tip təhsil müəssisəsində keçilən fənlərin tərkibini, ardı-
cıllığını, hər fənnə ayrılan saatların miqdarını, tədris ilinin strukturunu müəyyən edən
dövlət sənədidir. 
Tədris planında 
fənlər üç qrupa bölünür
: a) məcburi və ardıcıl öyrənilən fənlər.
Buraya, əsasən, ixtisas fənləri daxildir; b) məcburi, lakin qeyri-ardıcıl öyrənilən fən-
lər. Buraya, əsasən, peşə hazırlığı və ümumi hazırlıq fənləri və s. daxildir; c) seçmə
fənlər. Buraya humanitar və sosial fənlər, seçmə kurslar və s. daxildir. Bu fənlərin öy-
rənilməsi tələbələrin nəzəri-metodoloji hazırlığını təmin etməyə, onlarda elmi
58


dünyagörüşünü formalaşdırmağa imkan verir. 
İxtisasın tədris planları əsasında fərdi tədris planları, tədris proqramları, təhsil
proqramları və dərs cədvəlləri tərtib olunur. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin