Təlim metodları təlim prosesində çox
böyük
rol
oynayır. O, təlimin qanunlarının,
prinsiplərinin, məqsəd və məzmununun reallaşmasına xidmət edir:
qanun → prinsip → qayda
metod → forma →
nəticə
məqsəd → məzmun →
vasitə
Sxemdən
göründüyü kimi, təlim prosesinin komponentləri
içərisində metod
mərkəzi yer tutur; o, digər komponentləri reallışdırıb yüksək nəticənin alınmasında
həlledici əhəmiyyətə malikdir.
Təlim metodları bir çox funksiyanı yerinə yetirir: təhsil, tərbiyə, inkişafetdirici,
stimullaşdırıcı, nəzarət-qiymətləndirmə və b. funksiyalar.
Hər bir metod təlimdə özünəməxsus aparıcı, dominant funksiyanı yerinə yetirməklə
yanaşı, digər funksiyaların da həyata keçirilməsində müəyyən dərəcədə iştirak edir.
Təlim metodları yerinə yetirdikləri dominant funksiyalara görə müxtəlif qruplara
bölünür.
Təlim metodlarının təsnifatı.
Təlim metodları çoxdur (100-dək). Onların təs-
nifatında alimlər arasında vahidlik yoxdur. Pedaqoji ədəbiyyatda təlim metodlarının
müxtəlif təsnifatı irəli sürülmüşdür. Onların bir qismini nəzərdən keçirək:
- bilik mənbələrinə görə: söz, əyani və
praktik metodlar;
- didaktik vəzifəyə görə: yeni biliyin verilməsi, bilik və bacarıqların möhkəm-
ləndirilməsi, yoxlanması metodları;
- tələbələrin dərketmə fəaliyyətinə görə: izahlı-illüstrativ, reproduktiv, problemli
şərh, qismən axtarış və
ya evristik, tədqiqatçılıq metodları;
- təlimin mərhələlərinə görə: yeni tədris materialının, əsasən, qavranmasına
xidmət edən metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, formalaşmasına xidmət
edən metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, tətbiqinə xidmət edən metodlar;
təlimdə müvəffəqiyyətə nəzarət metodları.
Təlimdə məqsədin bütün komponentləri şərtləndirməsi barədə qanundan görün-
düyü kimi, metod ilk növbədə məqsədə xidmət edir və onunla müəyyənləşir: “məqsəd,
qanun kimi, fəaliyyətin metod və vasitələrini müəyyən edir” (K.Marks).
Əsas didaktik məqsədlərə müvafiq olaraq
təlim metodlarını aşağıdakı kimi təsnif
etmək olar.
Dostları ilə paylaş: