daktik cəhətdən işlənməsi (II ünsür). Bu vəzifələri ödəmək baxımından
dərsliyin dörd
tipi
ayırd edilir: a) didaktik tip (hər iki ünsür nəzərə alınır); b) doğmatik tip (I ünsür
çatmır); c) deklarativ tip (II ünsür çatmır); ç) monoqrafik tip ( hər iki ünsür çatmır).
Bunlardan I tip ən səmərəli, II və III tip qeyri-səmərəli, IV tip isə tam yararsız dərslik
tipi hesab olunur.
Dərslik müəyyən
tələblərə
cavab verməlidir:
- proqrama uyğun olmalı, orada qoyulmuş məsələləri elmin son nailiyyətləri
əsasında şərh etməlidir:
- təlimin tərbiyəedici və inkişafetdirici vəzifələrinin həllinə kömək
göstərməlidir;
- tələbələrin müstəqil işi üçün istiqamət verməlidir;
- metodik cəhətdən tələbələrin anlama səviyyəsinə müvafiq tərtib edilməli,
materialların mənimsənilməsinə kömək edən metodik aparata malik olmalıdır (sual-
lar, tapşırıqlar, izahlar, nümunələr, əyanilik və s.);
- dərslik səhiyyə-gigiyenik tələblərə cavab verməlidir (şriftərin ölçüsü, kağızın
rəngi, sətirarası məsafələr və s.)
Tədris proqramına tam uyğun tərtib edilən dərslikdən fərqli olaraq dərs vəsaitləri
proqramın müəyyən bölmə və mövzularının geniş şərhinə həsr olunur. Dərslik və dərs
vəsaitlərindən əlavə təlimdə elektron tədris materiallarından da istifadə edilir
(videodisklər, videokasetlər və s.).
Dostları ilə paylaş: