elementlərini (elmi-kütləvi, publisistik, bədii-obrazlı) özündə
birləşdirən elmi üslubda
olmalıdır.
2)
Mühazirənin estetik, mənəvi-psixoloji mühitinə verilən tələblər
: mühazirədə
yüksək mənəvi-psixoloji iqlim hökm sürməlidir (xeyirxahlıq, humanizm, qarşılıqlı
inam, anlaşma, mədənilik, əməkdaşlıq); mühazirədə estetik mühit, müsbət emosional
fon yaradılmalıdır (yüksək əhval-ruhiyyə, gümrahlıq, yaradıcı mühit, gözəllik mühiti,
yüksək münasibət, nitq, davranış və geyim gözəlliyi); müəllim yumor hissinə malik
olmalı, mülayimlik və ciddiliyi uzlaşdırmağı bacarmalıdır.
3)
Mühazirədə tələbələrin fəaliyyətinə verilən tələblər
:
mühazirə prosesində
tələbələrin fəallığı təmin olunmalı, bu məqsədlə müxtəlif priyomlardan istifadə edil-
məlidir: problem vəziyyət yaratmaq, tələbələri problemlərin həlli ilə bağlı mülahizə-
lər yürütməyə, diskussiya və dialoq ünsürlərinə, qeydlər götürməyə sövq etmək; diq-
qəti cəlb etmək məqsədi ilə mövzu ilə bağlı maraqlı faktlar, həyati misallar gətirmək
və s.
Mühazirəyə verilən bütün bu və ya digər tələblərə cavab vermək üçün müəllim
mühazirəyə ciddi hazırlaşmalı,
mühazirənin təşkilati tərəfinə,
quruluşuna da ciddi
fikir verməlidir.
Dostları ilə paylaş: