texniki baza əsasında tətbiqini öyrətmək; - gələcək mütəxəssis üçün zəruri olan ba-
carıq və vərdişlər formalaşdırmaq; - tələbələrdə tədqiqatçılıq maraqları və qabiliyyə-
tini inkişaf etdirmək.
Laborator məşğələlər
iki növdə
olur: frontal məşğələlər və praktikumlar.
Fron-
tal məşğələlər
zamanı qrupdakı bütün tələbələr hər biri ayrılıqda (yaxud cüt tərkibdə)
eyni təcrübəni, eyni işi yerinə yetirirlər. Belə təcrübələr mövzunun keçirilməsi ilə
eyni vaxtda aparılır.
Praktikumlar
(səpəli məşğələlər) cihazların sayı az olduqda kiçik
qrup tərkibində, həm də müəyyən mövzular və bəhs bitirdikdən sonra keçirilir. Belə
məşğələlərdə daha mürəkkəb tapşırıqlar yerinə yetirilir. Məsələn, kondensatorun
həcminin ölçülməsi, işıqlanma qanunlarının öyrənilməsi (fizika), üzvi və qeyri-üzvi
maddələrin sintezi, istilik, torpaq və ərzaq məhsullarının tədqiqi (kimya) və s.
Laborator
məşğələlərin quruluşu
praktik məşğələdəki mərhələlərə uyğun gəlir:
giriş, işin icrası, nəzarət, yekun mərhələləri.
Laborator məşğələnin səmərəli təşkili üçün müəyyən
pedaqoji şərtlərə
əməl
edilməlidir: a)tələbələrin məşğələlərə nəzəri hazırlığını təmin etmək; b) onların müs-
təqilliyini, tətqiqatçılıq maraqlarını stimullaşdırmaq, təcrübə və eksperimentlərə ya-
radıcılıq, tədqiqat elementləri daxil etmək; c) tələbələri elmi idrak metodları, eks-
perimentin ümumi metodikası ilə silahlandırmaq; ç) onları təlimdənkənar elmi işlərə
‒
elmi dərnəklərə, tələbə elmi cəmiyyətinə cəlb etmək, tələbələrə öz səviyyələrinə
uyğun fərdi-diferensial yanaşmanı həyata keçirtmək; d) tələbələrin tədqiqatçılıq
maraqlarını peşə-ixtisas yönümü ilə əlaqələndirmək.
Təlimin nəzərdən keçirilən praktik formaları düzgün təşkil edildiyi şəraitdə
nəzəri bilikləri təcrübəyə tətbiq etmək, onlardan əməli peşə fəaliyyətində müstəqil və
yaradıcı şəkildə istifadə etmək bacarıqlarının formalaşmasında mühüm rol oynaya
bilər.
Dostları ilə paylaş: