Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə59/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

4. Tələbələrin müstəqil işi və elmi yaradıcılığı
Tələbələrin müstəqil işi ali məktəbdə təlim prosesinin mühüm komponentini
təşkil edir. Müasir həyat müstəqil və yaradıcı düşünən, dərin bilikli, müasir təfəkkürlü
və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar tələb edir. Cəmiyyət üçün bu cür mütə-
xəssislərin formalaşmasında
müstəqil işlərin rolu
böyükdür. Müstəqil işi 
tələbələrin
təlim-idrak fəaliyyətinin təşkili forması kimi
səciyyələndirmək olar; bu halda tələbə
77


qarşıya qoyulmuş didaktik vəzifəni müəllimin müdaxiləsi, bilavasitə köməyi olmadan
yerinə yetirir.
Təlimdə müstəqil işin mahiyyətini belə ifadə etmək olar:
təlimdə müstəqil iş
tələbinin qarşıya qoyulmuş təlim məqsədini dərk edərək (1), müəyyən təhriklə zehni
və əməli fəallıq, səy göstərərək (2), zəruri bilikləri və səmərəli yolları seçib tətbiq
etməklə (3), bilavasitə kömək olmadan öz gücü ilə yerinə yetirməsində (4), habelə
özünə nəzarət və qiymətləndirmədə (5) təzahür edən təlim-idrak fəaliyyətinin təşkili
formasıdır (6).
Göründüyü kimi, müstəqil iş bir çox (6)
xüsusiyyətlərə
malikdir. Bu işlərə
rəhbərlikdə həmin xüsusiyyətlər nəzərə alınmalı və təmin edilməlidir. Müstəqil işin
icrasında tələbə nəyi və nə məqsədlə edəcəyini, necə, hansı yollarla (priyomlarla)
edəcəyini bilməli, daxili təhriklə (motivasiya) fəallıq və səy göstərməli, özünə nəzarət
etməli, səhvlərini tapıb düzəltməli, öz işini qiymətləndirməyi bacarmalıdır. Bu ün-
sürlərdən hər hansı birinin çatmaması müstəqil işin mahiyyətinə xələl gətirir və onun
səmərəsinə mənfi təsir edir. Məsələn, hər hansı tapşırığın icrasında tələbədə müsbət
motiv olarsa, lakin lazımi bilik və bacarıqlar çatmadığı halda o, işi müstəqil yerinə
yetirə bilməz və əksinə. Lazımi biliklərə malik olsa da müsbət motiv yaranmadıqda o,
kənar kömək olmadan işin öhdəsindən gələ bilməz. Eləcə də tələbə işin məqsədini
dərk etmədikdə, iradi səy göstərmədikdə, müstəqil iş priyomlarına yiyələnmədikdə
həvəssiz işləyir, ya işə girişmir, ya da onu yarımçıq qoyur və s. Bunu nəzərə alaraq
müəllim təlimdə tələbələrin müstəqil işinin bütün struktur ünsürlərinə yiyələnmə-
lərinə, onlarda müstəqil iş bacarıqlarının formalaşmasına çalışmalıdır. Yalnız bu halda
tələbə tam müstəqil fəaliyyət göstərə bilər.
Təlimdə 
müstəqil işlərin növləri və tipləri
çoxsahəli və rəngarəngdir. Pedaqoji
ədəbiyyatda bu işlər müxtəlif məntiqi əsaslara görə təsnif edilir:
- müstəqil işin 
mənbələrinə
görə: kitabla iş, əlavə mənbələr üzrə iş, məsələ həlli,
çalışmalar üzrə iş, əyani materiallarla iş, əlavə cihazlarla iş, qrafik işlər və s.;
-
tələbələrin əhatə dairəsinə
görə: frontal, qrup, cüt və fərdi işlər;
-
icra formasına
görə
: yazılı, şifahi, əməli, qrafik işlər;
-
icra yerinə
görə
: auditoriyada müstəqil iş (mühazirə və məşğələlərdə tələbə-
lərin mühakimə yürütməsi, plan və icmal tərtibi, çalışmaların icrası və s.), auditoriya-
78


dankənar müstəqil işlər (referat, kurs işi, tədris-tədqiqat işi, elmi-tədqiqat işi, klub və
dərnək işləri, kitabla iş, internetlə iş, özünütəhsil və s.);
- müstəqil işin
funksional cəhətinə görə
: biliklərin mənimsənilməsi, möhkəm-
ləndirilməsi, tətbiqi və yoxlanılması məqsədi güdən işlər;
-
zehni fəaliyyətin xarakterinə görə:
nümunə üzrə, yenidənqurma xarakterli işlər,
evristik (qismən-axtarış tipli) müstəqil işlər, tədqiqatçılıq işləri. Bu qəbildən olan digər
təsnifatlar da vardır: reproduktiv-bərpaedici müstəqil işlər (biliklərin təkrarını, onlar üzə-
rində əməliyyat aparmağı nəzərdə tutur); idrak-axtarıcılıq (evristik) işləri (yeni biliklərin
mənimsənilməsi); yaradıcı müstəqil işlər (biliklərin yeni hallara yaradıcı tətbiqi);
-
fəlsəfi-qnoseoloji əsasa görə
: hissi-perseptiv xarakterli müstəqil işlər (müşa-
hidə, keçmiş təcrübə və biliklərin bərpası, yeni hallara tətbiqi); zehni xarakterli müs-
təqil işlər (təfəkkür əməliyyatları, zehni məsələ

problem həlli, zehni-tətbiqi və
zehni təşkilati işlər); praktik xarakterli müstəqil işlər (əməli, təcrübi-eksperimental,
layihə-konstruksiya və bədii-qrafik işlər).
Göstərilən müstəqil iş növləri və tiplərindən təlimin müxtəlif formalarında
geniş istifadə edilməlidir. 
Müstəqil işlərin səmərəli təşkili üçün bəzi 
şərtləri
gözləmək lazımdır:
1. Tələbə müstəqil işləri bütün fənlərdə və təlim formalarında sistemli və ardıcıl
şəkildə tətbiq olunmalıdır;
2. Auditoriya və auditoriyadankənar müstəqil işlər sıx əlaqələndirilməli, yara-
dıcı işlərə diqqət artırılmalıdır;
3. Tələbələrə müstəqil işin səmərəli yolları (priyomları) öyrədilməlidir;
4. Müstəqil işlərə keyfiyyətli pedaqoji rəhbərlik həyata keçirilməli (məsləhət,
nəzarət, kömək, uçot və qiymətləndirmə), müəllimlər müstəqil iş nəzəriyyə və meto-
dikasına yiyələnməlidirlər. 
Tələbələrin müstəqil işinin bir istiqaməti də elmi işlərdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin