Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə60/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Tələbə elmi işləri
Ali təhsil iki başlıca fəaliyyətə

tədris və elmi fəaliyyətə əsaslanır. Gələcək
mütəxəssis həm dərin elmi biliklərə yiyələnməli, həm də yaradıcı fəaliyyətə
hazırlanmalıdır. Buna görə də tələbələri hələ aşağı kurslardan elmi fəaliyyətə cəlb
etmək lazımdır. Vaxtilə Zaqafqaziya Müəllimlər Seminariyasında bu sahədə müsbət
təcrübə əldə edilmişdir. F.B.Köçərli, U.Hacıbəyli, R.B.Əfəndiyev və başqaları hələ
tələbə ikən ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş, bir çox əsərlərini seminariyada
oxuyarkən yazmağa başlamışlar.
Müasir şəraitdə tələbələrin elmi fəaliyyəti 
iki yolla
həyata keçirilir: 
a) auditoriya məşğələləri ilə bağlı işlər; b) auditoriyadankənar elmi işlər. 
79


Birinci halda tələbənin elmi fəaliyyəti tədris prosesinin tərkib hissəsi kimi özünü
göstərir. Belə elmi axtarıcılıq işləri 
tələbə tədris tədqiqat işləri (TTTİ) 
adlanır. Buraya
kurs işləri və layihəsi, diplom işləri və layihəsi, buraxılış işləri, habelə mühazirə,
seminar, laborator və praktik məşğələlərlə, istehsalat və pedaqoji təcrübə ilə əlaqədar,
habelə xüsusi kurs və seminarlar üzrə tədqiqat xarakterli tapşırıqların icrası və s. da-
xildir. Tədrislə bağlı tədqiqat işləri fənn və mövzudan, qarşıya qoyulan təlim məq-
sədindən asılı olaraq tələbələri çox müxtəlif elmi fəaliyyətə cəlb etməyi nəzərdə tutur.
Məsələn, müəyyən bir problem üzrə müxtəlif mənbələri oxuyub təhlil etmək, ümumi-
ləşdirmək, təsnifat aparmaq, eyni problemlə bağlı müxtəlif konsepsiyaları müqayisə
etmək, qruplaşdırmaq, onlara tənqidi münasibət göstərmək və s. Kurs, buraxılış və
diplom işləri, elmi-tədqiqat xarakterli iş formaları mümkün qədər nəzəri və təcrübi-
eksperimental səciyyə daşımalıdır.
Ali məktəbdə tələbələri elmi işə cəlb etməyin ikinci yolu auditoriyadankənar elmi
fəaliyyətin təşkilidir. Bu cür elmi işlər 
tələbə elmi-tədqiqat işləri (TETİ)
şəklində özü-
nü göstərir. Hazırda universitetlərdə TETİ-nin müxtəlif formaları fəaliyyət göstərir:
tələbə elmi dərnəkləri, elmi klublar; tələbə elmi laboratoriyaları; elmi konfranslar, se-
minar və simpoziumlar; fənn olimpiadaları; tələbə elmi işlərinin müsabiqəsi; yay elmi
məktəbləri; tələbə konstruktor bürosu; təsərrüfat müqaviləsi üzrə tədqiqat işləri və s.
Elmi fəaliyyətlə məşğul olan tələbələr 
tələbə elmi cəmiyyətində
(TEC)
birləşirlər.
Tələbə elmi işinə 
kafedranın rəhbərliyi müxtəlif istiqamətlərdə
təmin olunur: 
a) kafedra nəzdində tələbə elmi dərnəklərinin təşkili; 
b) kafedra və laboratoriyaların elmi-tədqiqat mövzularının işlənməsində tələbə-
lərin iştirakı; 
c) istehsalat və pedaqoji təcrübə dövründə tələbələrin elmi-tədqiqat xarakterli
tapşırıqları yerinə yetirmələri; 
ç) ümumi tədqiqat planı və ya xüsusi tematika üzrə kurs, diplom və laborator
işlərinin icrası və s.
TTTİ və TETİ gələcək mütəxəssislərin yaradıcı şəxsiyyətlər kimi formalaşması-
na kömək göstərir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin